Tərəzilər
Şəxsi
istifadə üçün, həmçinin sənaye və iaşə obyektlərində ehtiyac duyulan, müxtəlif
ölçülü ağırlıqların ölçülməsi və çəkilməsi üçün fərqli modellərdə tərəzi çeşidləri vardır. Ağırlıq
ölçümündə istifadə edilən bu alətlərin bir çox modelini, eləcə də, fərqli ölçü alətlərini tək məkandan asanlıqla əldə
edə bilərsiniz. MinBir Home'un müştəriləri
üçün təqdim etdiyi fərqli ölçü alətlərinə və tərəzi modellərinə mağazaya gələrək
və ya mağazanın rəsmi internet saytını ziyarət edərək nəzər yetirə bilərsiniz.
Tərəzi nədir?
Hər
hansı bir əşyanın ağırlığını ölçmək üçün istifadə edilən ölçü alətlərinə tərəzi
adı verilmişdir. Bu da tarazlıq kəlməsindən yaranmış olduğunu göstərir. Bir
cismin ağırlığı yer səthinə göstərdiyi qüvvə ilə hesablanır. Ağırlıq bir qüvvə
olsa da bu qüvvənin yer səthinə göstərdiyi təsir ilə əşyanın ağırlıq qüvvəsi
kütləyə çevrilir. Bu kütlənin hesablanması üçün də tərəzilərdən istifadə
olunur. İstər həssas ölçülərin alınmasında, istər də, sənaye obyektlərində ağır
əşyaların çəkilməsində fərqli modellərdə və fərqli ölçülərdə tərəzilərdən
istifadə edilir. 1001 Home'un özündə cəmlədiyi ölçü alətləri arasında sizə
lazım olan hər ölçüdə və hər funksiyada fərqli tərəzi növlərini tapa bilərsiniz.
Tərəzi çeşidləri nələrdir?
Həssas
ölçülərin alınması üçün istifadə olunan tərəzi çeşidləri adətən kiçik ölçülü
olur və bu tərəzilərlə 1 kg-dan az olan kiçik ölçülü əşyaları və ya məhsulları
ölçmək mümkündür. Tərəzilərin həssasiyyət norması, dizaynı, maksimum ağırlıq
potansiyalı istifadə yerinə görə dəyişiklik göstərir. Market, tərəvəz satışı və
zərgərlikdə istifadə edilən tərəzilər bir birindən fərqli xüsusiyyətlərdə və fərqli
ebatlarda olur. Zərgərlik kimi həssas ölçülərin alınması lazım olan iş sahələrində,
eləcə də laboratoriya şəraitində, həssa ölçülər alınarkən istifadə edilən tərəzi
çeşidləri mini tərəzi olaraq
bilinir. Bundan başqa evdə, şəxsi istifadə üçün və özünüzün və ya ailə üzvlərininiz
çəkisini bilmək üçün dijital tərəzilər
tərcih edilir. Bu tip tərəzi növləri ilə sağlamlığınızın qayğısına qala bilər,
günlük kilo itkisini və ya kilo alım gücünüzü təqib edə bilərsiniz.
Tərəzi nə işə yarar?
Hər
bir əşyanın kütləsini bilmək önəmli olmasa da bir çox hallarda tərəzilərə
ehtiyac duyulur. Buna laboratoriya şəraitində hər hansı bir maddəni əldə etmək
üçün başlanğıc maddələrin dəqiq ölçülərək reaksiyaya salınmasını misal göstərmək
olar. Bu zaman həssas və mini tərəzilərdən istifadə edilir. Eləcə də, zərgərliklə
məşğul olanlar üçün də mini tərəzilərin önəmi böyükdür. Bundan başqa, qida sənayesində
kilo ilə və ya qram ilə satılan və paketlənən məhsulların dəqiq ölçümünün
alınması vacibdir. 1001 Home'un təklif
etdiyi digital tərəzilər, mini tərəzi çeşidləri və qablı tərəzi modelləri kütlə təyininə ehtiyac duyulan hər sahədə
işinizi asanlaşdıracaq.
Tərəzidən istifadə qaydaları
Tərəzi
çeşidləri fərqli olduğundan bu məhsulların istifadə qaydaları da fərqlilik göstərir.
Ancaq hər bir halda tərəzinin vəzifəsi kütləsini təyin etmək istədiyiniz məhsulun
çəkisini göstərməkdir. Fərqli tərəzi modellərində kütlə təyinini fərqli şəkillərdə
görə bilərsiniz. Digital tərəzilərin xüsusi ekranı sayəsində məhsulun
ağırlığını ekranda görmək mümkündür. Evlərdə və məişət işlərində daha çox
istifadə edilən əl tərəzisinin isə
ölçü şkalası mövcuddur. Daha çox mətbəx işlərində, biş-düş zamanı istifadə edilən
bu tərəzi modelinin qarmaq hissəsinə kütləsini bilmək istədiyiniz məhsulu
asısınız. Bundan sonra şkala üzərində məhsulun ağırlığını göstərən ox sayəsində
məhsulun çəkisini bilirsiniz. Marketdə və meyvə tərəvəz satışında istifadə edilən
qablı tərəzilərin qab qisminə meyvəni qoyub ekrandan ağırlığına baxa bilərsiniz.
Həm asan istifadə qaydası ilə həm də uyğun qiymətləri ilə işinizi asanlaşdıracaq
olan müxtəlif ebatlarda və fərqli modellərdə tərəzi çeşidlərini 1001 Home'un
ölçü alətləri bölməsindən satın ala bilərsiniz.