Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Haqqımızda

2010-cu ildən bəri fəaliyyət göstərən 1001HOME inşaat materialları mağazası, müştərilərinin daha yaxşı evlər və yaşayış sahələri yaratmağa kömək edir. Cahan Holdinq tərkibində Naxçıvanda lider olan 1001HOME inşaat materialları mağazası Azərbaycanda da ən geniş yayılmış və zəngin çeşidli mağazalar şəbəkəsi olmağı hədəfləyir.

 

Naxçıvanın ən böyük alış-veriş mərkəzi olan Cahan AVM daxilində yerləşən 2000m2-lik ilk mağazası ilə fəaliyyət göstərən 1001HOME inşaat materialları mağazasında hamam ləvazimatlarından seramik kafelə, boya, dekorasiya məhsullarından işıqlandırmaya, istilik və soyutma sisyemlərindən xırdavata, döşəmədən dam örtüyünə kimi minlərcə məhsul satılmaqdadır.


Cahan AVM 30000 m2 ərazidə qurulub və tərkibində inşaat materialları mağazası, market, elektronika mağazası, mebel mağazası, ev tekstili, uşaq tekstili, oyuncaq mağazası, kinoteatr, restoranlar və açıq/qapalı əyləncə sahələri mövcuddur. Cahan Holdinqin investisiyası olan Cahan AVM-nin günlük ziyarətçi sayısı 10000 nəfərdən çoxdur.

 

1995-ci ildə qurulan Cahan Holdinq, Azərbaycan çapında sənaye, inşaat, avtomobil, tütün və çay məhsulları, inşaat materialları və istilik sistemləri, ticarət və turizm sahəsində olan 22 böyük qurumu özündə birləşdirmişdir. Mərkəzi Naxçıvanda yerləşən Cahan Holdinq təqribən 5000 nəfəri iş yeri ilə təmin etmişdir.

 

Dünya ofisləri:

Cahan Bakı, Cahan Naxçıvan, Cahan Türkiyə, Cahan Çin, Cahan Dubay, Cahan İsveçrə

 

Cahan Holdinq Dünyada baş verən texnoloji yenilikləri yaxından izləyərək investisiya etməyə davam edir və dünyaca tanınmış brendlərlə önəmli iş ortaqlıqları qurur.

Cahan Holdinq, Naz-Lifan Avtomobil zavodu, Cahan Sənaye Kompleksi tərkibində yerləşən Magna – Plastik boru, Panel Radiator və Dam Örtükləri Zavodu, Tudor-Çay, CTİ – Tütün və siqaret, ENNA içki istehsalı edən 5 böyük fabriki ilə sadəcə Azərbaycanın deyil, regionun ən önəmli sənaye istehsalçılarından biridir.