Elektrikli
mişarlar
Ağac
kəsici vasitələr ilə bağçanızdakı, həyətinizdəki və ya çevrədəki ağacları kəsib
budaya bilərsiniz. Ağacların qurumuş budaqlarından qurtulmaq və fəsil dəyişikliyi
zamanı lazım olan budama fəaliyyətlərini həyata keçirmək üçün müəyyən vasitələrə
sahib olmaq lazımdır. Quruyan budaqların ağaca ziyan verməməsi üçün, eyni
zamanda, taxta sənayesində odunların kəsilərək istənilən formaya salınması və
istənilən ölçüdə doğranması üçün elektrikli
mişarlardan istifadə edilir. Elektrikli mişar kimi bir çox elektrikli əl alətlərini də özündə cəmləyən MinBir Home mağazasında istənilən növ kəsici,
doğrayıcı əl alətlərini tapa bilərsiniz. Elektrikli mişarların kəskin dişləri
olduqca güclü və iti olduğundan kəsilən ağacın, budağın və ya taxtanın hamar şəkildə
bölünməsinə şərait yaradır. İstər professional işlərdə; odun və taxta sənayesində,
mebel sənayesində, istər də şəxsi fəaliyyətlərdə, ağacların budanması və səliqəyə
salınmasında istifadə edilən bu mişarlar yanacaqla çalışır. Həmçinin mişarların
elektriklə çalışan modellərinə də ev sahibliyi edən MinBir Home'da istənilən
çeşiddə mişar növlərini və aksesuarlarını tapa bilərsiniz.
Elektrikli mişar
çeşidləri
Zəif desibelli çalışma xüsusiyyəti sayəsində səsi sizi
narahat etməcək olan mişar modelləri ilə daha rahat və konforlu şəraitdə işləyə
bilərsiniz. Daha az gurultu və daha rahat iş şəraiti gördüyünüz işin
effektivliyini də artıracaqdır. 1001 Home'un müştəriləri üçün təqdim etdiyi elektrikli mişar
növləri ilə yanaşı, bir çox elektrikli əl alətləri də ergonomik tutacaqları sayəsində
rahat şəkildə tək əl ilə tutula bilir və fəaliyyət zamanı çətinlik çəkməyi izə
şərait yaratmır. Şəhər içərisində, bağça və həyətyanı sahədə istifadəyə yararlı
olan kiçik ölçülü və zəif desibelli modellərlə yanaşı, professional işlərdə,
taxta sənayesində və meşələrin səliqəyə salınmasında istifadə olunan daha böyük
ölçülü modellər də 1001 Home'da
mövcuddur. Elektrik mişarlardan həmçinin,
kənd təsərrüfatı işlərində, çörək zavodlarında odunların kəsilməsində, dağ evlərindəki
odun sobaları üçün odun kəsimində istifadə edilir.
Elektrikli mişar necə istifadə edilir?
Elektrikli
mişarlar mexaniki mişarlardan fərqli olaraq daha az zəhmət tələb edir. Mexaniki
mişarların istifadəsində kəsmə və doğrama fəaliyyətləri zamanı lazım olan gücü,
yəni mexaniki enerjini siz özünüz sərf etdiyiniz halda, elektrikli mişarlar ilə
kəsim zamanı sizin etməyiniz gərəkən tək iş mişarı doğranılacaq əşyanın üzərinə
toxundurmaqdır. Bu aparatlar sizin sərf etdiyiniz gücü elektrik enerjisindən və
ya yanacaqdan alaraq mexaniki enerjiyə çevirir və kəsmə əməliyyatı baş verir. Fərqli
modellərdə satışda olan elektrikli mişar növləri, odunkəsən makinalarla yanaşı bir çox digər kəsici alətlər, frez mişarı və digər frez aksesuarları da 1001 Home'da
yolunuzu gözləyir.
Elektrikli mişar necə seçilir?
Elektrikli
mişar alarkən diqqət etməyiniz gərəkən bir çox məqam var ki, bunların üstündən
kor-koranə keçmək sizin fəaliyyətinizi yavaşlada və işinizi ləngidə bilər.
Mişar seçərkən öncəliklə diqqət etməli olduğunuz məqamlardan biri odur ki,
mişarı istifadə edəcəyiniz sahəni müəyyən etməlisiniz. Belə ki, mişar almadan
öncə bu aparatı odun kəsmək üçünmü, yoxsa, ağac budamaq üçünmü və ya digər fəaliyyətlər
üçün istifadə edəcəyinizi qərarlaşdırmaq vacib şərtlərdən biridir. İstifadə qaydası aydınlaşdırdıqdan sonra məhsulun motor gücü və çəkisinə
diqqət yetirmək lazımdır. Bəzi fəaliyyətlərin uzun müddət davam edəcəyini nəzərə
alsaq aparatın motor gücünün düzgün seçilməsi, eləcə də, ağırlığın normaldan
artıq olmaması lazımdır. Titrəmə gücü, təhlükəsizlik önləmləri kimi bir çox məqamın
da nəzərdə tutulması ilə sizə lazım olan ən uyğun məhsulu satın ala bilərsiniz.
1001 Home'un təqdim etdiyi elektrikli mişarlar, frez mişarı, lobzik tiyəsi, frez ucluğu və frez seti
və bir çox elektrikli əl alətləri və aksesuarlarına uyğun qiymətlərlə sahib ola
bilərsiniz.