Rəndələr
Xüsusilə
ağac xam maddələrinin emalatı ilə məşğul olan sektorlarda xam maddənin istənilən
hamarlığa və istənilər formaya gətirilməsi üçün xüsusi makinalara və aparatlara
ehtiyac duyulur. Bu sahələrdə, yaş ağacın, odunun və taxtanın yonulmasında
istifadə etmək üçün bir çox elektrikli və mexaniki əl alətləri mövcuddur. Digər
elektrikli əl alətləri kimi, elektrikli mişarlar və elektrikli rəndə aparatları MinBir
Home'un çox satılan məhsulları arasında öz yerini tutur. Müştərilər tərəfindən
çox tələb edilən məhsulları xüsusilə reyonlardan əskik etməyən MinBir Home əməkdaşları
müştəri məmnuniyyətini ön planda tutur. Mexaniki əl alətləri kimi eyni
funksiyanı yerinə yetirən elektrikli əl alətlərinin avantajları olduqca çoxdur.
Belə ki, mexaniki əl alətinin istifadəsi zamanı lazım olan enerjini elektrikli əl
alətləri elektrik enerjisi vasitəsilə əldə edərək həm iş yükünü azaldır, həm də
vaxt baxımından xeyli zaman qazandırır. MinBir Home'un satışını təşkil etdiyi
elektrikli məhsullar bölümündə fərqli funksiyaları olan və fərqli məqsədlər
üçün istifadə edilən elektrikli əl alətləri çeşidlərini görə bilərsiniz.
Rəndə nədir, necə istifadə edilir?
Mebel
sənayesində, taxta sənayesində və dülgərlik kimi incəsənət sahələrində rəndələrdən
tez-tez istifadə edilir. Kiçik yonma işlərində əl rəndələri köməyinizə yetişsə
də, iri həcmli fəaliyyətlərdə elektrikli rəndə aparatlarına ehtiya duyulur. Rəndə makinaları kəsici bıçaqlarının köməyi
ilə taxta və ya ağacdan yonqar adı verilən parçaları kəsərək rəndələyir. Lazım
olduğunda qabığın soyulması və gövdənin hamarlaşdırılması proseslərini də rəndə
vasitəsilə həyata keçirə bilərsiniz. Xüsusi bir prosesi həyata keçirən rəndə
aparatı istifadə ediləcək sektora və maddəyə görə fərqli çeşidlərdə emal
edilir. İstifadə yerinə görə xüsusiyyətləri də fərqlənən makinalar fərqli özəlliklərə
sahib ola bilər. Ağac yonma və kəsmə sektorunda eıektrikli mişarlardan sonra ən
çox istifadə edilən makinalardan biri olan rəndə
uraldiz modelləri işinizi asanlaşdıracaq. Kəsmə prosesindən sonra düzəltmə,
rəndələmə və hamarlaşdırma prosesi üçün lazım olan makinaları istifadə yerinə və
materialına görə düzgün seçmək önəmlidir. 1001 Home'un təklif etdiyi rəndə modellərinin texniki xüsusiyyətlərini
nəzərdən keçirərək sizə lazım olan ən uyğun məhsulu satın ala bilərsiniz.
Rəndə çeşidləri
İstifadə
yerindən və emal edilən məhsulun xüsusiyyətindən, yonulacaq ağacın cinsindən və
növündən, eləcə də, bir çox digər dəyərlərdən asılı olaraq fərqli xüsusiyyətlərdə
və fərqli texniki özəlliklərdə olan elektrikli rəndə növləri mövcuddur. Uzun
müddətli istifadəyə yararlı, uzun ömürlü və dayanıqlı məhsulları əldə etmək
üçün 1001 Home'un müştəriləri üçün təklif
etdiyi rəndə elektrikli modellərinə
yönələ bilərsiniz. Məhsulu satın almadan öncə rəndə çeşidlərini araşdıra bilər,
çalışma prinsiplərini, istifadə müddətini, eləcə də, bunlarla bağlı bütün
detalları mağaza əməkdaşlarına soruşaraq öyrənə bilərsiniz. Rəndə makinalarının
iş prinsipinə baxsaq, motor vasitəsilə əmələ gələn güc qayışlar ilə bıçaqlara
doğru yönəlir. Bıçaqlar yanlara doğru sürətli bir şəkildə fırlanaraq təmas nöqtəsindən
yonqarlar çıxarmağa başlayır. Beləliklə kəsmə prosesi baş verir. Bıçaqların
fırlanmaması və ya yerindən oynaması kimi problemlərin qarşısını almaq üçün
bıçaqların düzgün şəkildə sabitləndiyindən əmin olmaq lazımdır.
Rəndə qiymətləri
1001
Home'un özündə cəmlədiyi elektrikli əl alətlərinin, drel, laqonda və
perforatorların, eləcə də, güneratorların, qaynaq vasitələrinin, eləcə də
elektrikli mişarların qiymət şkalası məhsulun istifadə sahəsindən,
funksiyalarından, həmçinin, gördüyü işin əhəmiyyətindən və bir çox digər
faktorlardan asılı olaraq fərqlilik göstərir. Eləcə də elektrikli mişarlar bölməsində
yer alan çarx makinaları, frez və bıçaqlar, lobziklər, mişar modelləri və tiyə
çeşidləri, motopilalar, ehtiyyat hissələri, eləcə də, bir çox elektrikli rəndə
çeşidləri daşıdıqları xüsusiyyətlərə görə fərqli qiymət aralığında müştərilərə
təqdim edilir. MinBir Home'un müştəriləri üçün təşkil etdiyi endirim günlərindən
və xüsusi kampanyalardan yararlanaraq istədiyiniz və ehtiyacınız olan
elektrikli əl alətlərinə asanlıqla sahib ola bilərsiniz.