Veb-saytın
istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı
məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu
Sənəddə “AVM MMC” dedikdə, “1001 Home” əmtəə nişanının sahibi – “AVM MMC”
Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.
Bu
Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan
keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi
kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
Biz,
sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta
daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və
mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi
tərtib və təsdiq etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd,
İstifadəçilərin Veb-saytdan güvənli şəkildə istifadə etmələrini təmin etmək,
həmçinin Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri
fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən
ibarətdir. Odur ki, Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın
“Konfidensiallıq Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik.
www.1001home.com
veb-saytının “Konfidensiallıq Siyasəti” başda ölkənin ali qanunu olan
Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının
tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar
haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi
aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
www.1001home.com
veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və
vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq,
könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
İstifadəçiyə
aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə
təqdim edildiyi andan mühafizə olunur.
İstifadəçinin
nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı,
soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon
nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul
olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi
məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur
və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş
hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar)
istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara
ötürülürmür.
Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.
Nəzərinizə
çatdırırıq ki, Veb-saytımızda müxtəlif digər veb-saytlara, internet
platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada
apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının
təmin edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet
platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin
konfidensiallığına “AVM MMC” zəmanət vermir və cavabdehlik daşımır.
İstənilən
halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə
saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri
edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə
aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda Veb-saytda
nəzərdə tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Yuxarıda
qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “AVM MMC”
gələcəkdə istənilən zaman bu “Konfidensiallıq Siyasəti”nə birtərəfli qaydada
dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi
müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş
müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadələrinin
daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.).
Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının
təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər zaman rəhbər
tutulacaqdır.
Bu
sənədlə bağlı hər hansı iradınız, təklif və ya şikayətiniz olarsa, aşağıdakı
vasitələrlə Bizimlə əlaqə saxlamağınızı xahiş edirik.