Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Generatorlar

DAWER GENERATOR 4 KV STARTERLİ BENZİN
Endirimli məhsul Pulsuz çatdırılma
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.01438
Marka-DawerTərkibi-DəmirRəngi-Qara, sarıÖlçüsü- 50 smİstehsal-Çin DAWER GENERATOR 4 KV STARTERLİ BENZİN..
1,260.00 AZN
ƏDV xaric:1,260.00 AZN
Rtrmax RTR 1000 Benzinli Generator 1,1/1,0kva İpli
Endirimli məhsul Pulsuz çatdırılma
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.01875
Marka-RTRMAXTərkibi-DəmirRəngi-Sarı, Qaraİstehsal-TürkiyəRtrmax RTR 1000 Benzinli Generator 1,1/1,0kva İpli..
275.00 AZN
ƏDV xaric:275.00 AZN
Göstərilir: 1 . 2 -ə 2 -dən (1 səhifə)

Generatorlar

Müasir dövrdə işıqsız və elektriksiz həyat təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Dövrün tələblərinə ayaq uydurmaq üçün ixtira olunan bir çox toxnoloji vəsaitlərin çalışmasını təmin etmək elektriklə mümkündür. Yaşayış yerlərinin, eləcə də sənaye obyektlərinin işıqlandırılması, qızdırılması, zavod və fabriklərdəki makinaların çalışması və s. üçün elektrikin olması labüddür. İnkişaf edən dünyada bir çox böyük şəhərlər, rayonlar və kəndlər hər nə qədər elektriklə təmin olunsa da, hələ də elektrik çəkilməyən bölgələrin olduğu danılmaz faktdır. Eyni zamanda, elektriklə təmin olunan yerlərdə elektrikin verilməsində fasilələr olduğu və ya hər hansı nasazlıqlar zamanı elektrikin kəsildiyi də hamıya məlumdur. Bu zaman elektrik axımını təmin etmək üçün ixtira olunan generatorlar köməyinizə çatacaq. Generator mexanik enerjini elektrik enerjisinə çevirən elektrik makinasıdır. Mexanik enerjinin qaynağı buxar aparatı, içdən yanmalı motor, su və külək pərvanəsi ola bilər.

Generator Çeşidləri və Qiymətləri

Cahan AVM-də yerləşən 1001 Home mağazasından əldə edə biləcəyiniz bir çox məişət malları ilə yanaşı, həmçinin elektrikli vasitələrə də sahib ola bilərsiniz. Mağazada mövcud olan elektrikli vasitələrdən generatorlara nəzər yetirdiyiniz təqdirdə, müxtəlif markaların məhsullarını görə bilərsiniz. Elektrikli əl alətlərindən olan generator çeşidləri keyfiyyəti və uyğun qiyməti baxımından müştərilərin məmnun qalmasını təmin edir. Türkiyə istehsalı olan Hundai markalı, benzin srarterli generator ilə yanaşı digər brendlərin generator çeşidləri ilə tanış ola bilərsiniz. Generatorlar sayəsində qaranlıqda qalmaz və texnoloji alətlərdən istifadəyə davam edə bilərsiniz. Əsasən yay aylarında elektrik kəsintisi zamanı restoran, kafe, marketlər və digər iaşə obyektlərində generatorlara ehtiyac duyulur. Obyektlərdə istifadə olunan soyuducuların, dondurucuların və digər elektrikli alətlərin işini davam etdirməsi üçün vacib olan generatorları uyğun qiymətlərlə 1001 Home mağazasından əldə edə bilərsiniz.

Çox Satılan Generator Aksesuarları

Genenatorların əsas gövdəsi ilə yanaşı, onun çalışmasını təmin edən bir neçə önəmli parçası vardır. Müxtəlif çeşidli generator və aksesuarlarını tapa biləcəyiniz 1001 Home-da digər elektrikli əl alətləri də mövcuddur. Generatorun çalışması üçün gərəkli olan generator starteri ilə yanaşı, generator ipi kimi xırda aksesuarları da mağazadan əldə edə bilərsiniz. Digər elektrikli əl alətlərinə nəzər yetirsəniz inşaat və təmir işlərində ehtiyac duyulan drel, laqonda və perfaratorları reyonlarda görə bilərsiniz. Bununla birlikdə, qaynaq vasitələri, qaynaq makinaları və qaynaq zamanı gərəkli olan müxtəlif npv aksesuarlar da mağazada mövcuddur. Kənd təsərrüfatı, mal-qara ilə məşğul olanların işini asanlaşdıracaq elektrikli süd sağma aparatlarını uyğun qiymətlərlə əldə edə bilərsiniz. Generatorlar kimi müxtəlif növ elektrik tənzimləyicilərə ev sahibliyi edən mağazada elektrik və elektriklə bağlı olan çeşidli avadanlıqlar uyğun qiymətlərlə müştərilərin xidmətindədir.

1001 Home elektrikli alətlər

Elektrikli ev alətləri, habelə, evdə istifadə edilən soyuducu, kondisaner, televizor və b. dəyərli elektrikli alətlərin qorunması üçün onlara düzgün qulluq etmək şərtdir. Ani elektrik kəsintisi zamanı və ya ani voltaj dəyişkliyi baş verdikdə elektrikli cihazlarının zərər görməsi mümkündür. Elektrikli cihazların qorunması üçün istifadə olunan elektrik tənzimləyicilər hər evə və sənaye obyektinə lazımdır. Digər elektrikli alətlər kimi Minbir home-da keyfiyyətli və uzunömürlü stablizator çeşidləri də mövcuddur. Stabilizatorlar obyektə qoşulan ümumi elektriki eyni voltajda sabitləyərək, digər elektrikli cihazlara olan elektrik axımını tənzimləyir. Bu sayədə ani elektrik kəsintisi və ya voltaj dəyişikli olduqda cihazlarınız zərər görməz. Mağazadan kiçik ölçülü və məhdud potensiallı tənzimləyicilərlə yanaşı, fabrik və zavodlar üçün, habelə iaşə obyektlərində istifadə olunan böyük ölçülü və potensiallı, büdcənizə uyğun stablizatorları da əldə edə bilərsiniz.