Led işıq şlanqları, Lampalar
İşıqlandırma
və aydınlatma texnologiyasının inkişafı bir çox lampa modellərinin və işıqlandırma aksesuarlarının inkişafına şərait
yaradır. İşıqlandırma texnologiyasında led işıqlardan olduqca yayqın şəkildə
istifadə edilir. Həm işıqlandırma məqsədi ilə, həm də dekorativ görüntü
yaratmaq üçün led işıqlardan istifadə etmək məqsədə uyğundur. Min bir çeşid
işıqlandırma avadanlıqları və aksesuarlarının tək məkanı olan 1001 Home məişət malları mağazasında istənilən
modeldə və fərqli quruluşlarda led işıq modellərini tapa bilərsiniz.
Led işıq şlanqı nədir?
Əsasən,
dekorativ məqsədlərlə istifadə edilən led
işıq şlanqları istər daxili məkanın aydınladılması üçün, istər də xarici məkanların
bəzədilməsi və işıqlandırılması üçün mükəmməl seçimdir. İstifadəsi asan və bəsit
olan bu məhsullardan özəl günlərin daha yadda qalan keçməsi, ad günü, cinsiyyət
partiləri, nişan mərasimlərinin daha əyləncəli şəkildə qeyd edilməsi üçün müxtəlif
növ işıqlandırma avadanlıqlarından yararlanmaq mümkündür. Yeni il
qutlamalarında, şam ağaclarının bəzədilməsində, eləcə də əyləncə məkanlarının
dekorasiyası və işıqlandırılmasında müxtəlif rəngli led işıq şlanqlarından
istifadə edilir.
Led işıq şlanqı
çeşidləri nələrdir?
Fərqli çeşidləri olan led işıq şlanqları uzunluqlarına görə, rənginə və lampasının
ölçüsünə görə də fərqlənir. 1001 Home'un
müştərilərinə təqdim etdiyi bir çox işıqlandırma avadanlıqları içində küçə
işıqları, otaq işıqları, spotlar və zəngin çeşidli lampalar yer alır. İstənilən məkanın
dekorasiyasına ayaq uyduran lampa modellərini mağazanın işıqlandırma bölməsində
görə bilərsiniz. Əsasən dekorativ məqsədlərlə istifadə edilən led şlanqlar ilə evinizin və
otaqlarınızın aurasını dəyişə bilər, fərqli dizaynlar yarada bilərsiniz.
Led işıq şlanq
necə quraşdırılır?
MinBir Home’un müştəriləri üçün təqdim
etdiyi led panellər və led işıq şlanqları müxtəlif ölçülərdə və müxtəlif rənglərə
mağazanın reyonlarında yolunuzu gözləyir. İstifadə edəcəyiniz otağın və ya məkanın
uzunluğuna, divarın ölçüsünə uyğun şəkildə şlanqları kəsmək mümkündür. Sizə
lazım olan ölçüdəki led işığın kəsilməsi sonrası istifadəyə yararlı hala gətirmək
üçün xüsusi aparatlar və aksesuarlar, müxtəlif ehtiyyat hissələri 1001 Home’da
mövcuddur. Quraşdırılması asan olan bu məhsulları istədiyiniz məkanda istifadə
edə bilərsiniz. İstənilən əşyanın, divarın, ağacların bəzədilməsi üçün istifadə
edilən işıqları əşyaya doladıqdan və ya divara quraşdırdıqdan sonra elektrik cərəyanına
bağlayaraq effektiv işıq əldə etməyiniz mümkündür.
Led işıq şlanqı
rəng çeşidləri
Ev və ya iş yerlə rinin dekorunda yaradıcı fikirlərinizi
həyata keçirməyinizdə, həmçinin, istənilən küncün, əşyanın, rəf və ya hərhansı
bir ev əşyasının ön plana çıxarılmasında led işıq şlanqları köməyinizə yetişəcək.
Məsələn ofisinizdə və ya evinizdə serevantınızın iç qisminin, kitab rəfinizin
daha gözə çarpacaq şəkildə aydınladılması bu məhsullar ilə mümkündür. Xüsusilə
gözə çarpmasını istədiyiniz özəl əşyalarınızın, butik, elektronik
mağazalarının, ayaqqabı vitrinlərinin işıqlandırılması mümkündür. Suya
dayanıqlı, su altında da işləyə bilən led işıqlar sayəsində hovuz kənarlarını,
evdəki akvaryumun içini asanlıqla işıqlandıra bilərsiniz.
Led işıq şlanqı
qiymətləri
Rəngarəng işıq çeşidləri ilə sizin xidmətinizə verilən
məhsullar sərfəli qiymətləri və uzun ömürlü istifadə müddəti ilə müştərilərin rəğbətini
qazanmağı bacarır. Şerit led məhsullari
ilə iş yerlərinin koridorlarını, marka və brend logosunun ətrafını işıqlandıra
bilərsiniz. Müxtəlif rəngləri ilə xidmətinizə verilən məhsullar Minbir Home’un
çox satılan məhsulları arasında yer alır. Bu şlanqları sizə lazım olan
uzunluqda kəsərək istifadə edə bilərsiniz. Bu zaman iki lampa arasında olan kəsmə
nöqtəsini düzgün hesablamaq lazımdır. Kəsilən hissəyə elektrik axımı vermək
üçün isə xüsusi adaptor və konnektorlardan istifadə edilir. İstənilən növ led
işıqları və bu məhsulların ehtiyyat hissələrini tək məkandan MinBir Home’dan sərfəli
qiymətlərlə əldə edə bilərsiniz.