Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Skop və mismar tapançaları

Havalı Tapança Mismarı 3X32 Mm
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.00433
Ölçüsü- 3x32 mm10 PcsHAVALI TAPANÇA MİSMARI 3X32 MM..
0.16 AZN
ƏDV xaric:0.16 AZN
Skop Vuran Ukrayna
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.00979
Ölçüsü- 17 smİstehsal- UkraynaSKOP VURAN UKRAYNA..
13.20 AZN
ƏDV xaric:13.20 AZN
Göstərilir: 1 . 2 -ə 2 -dən (1 səhifə)

Skop və mismar tapançaları

Tikinti və inşaat sektorunda, təmir və quraşdırma fəaliyyətlərində istifadə edilən hər növ xırdavat malları və xırda təmir ləvazimatlarını əl altında saxlamaq önəmlidir. Bununla həm işinizin effektivliyini artıra bilər, həm də, iş yükünüzü azalda bilərsiniz. Görülən fəaliyyətə uyğun materialların və ehtiyac duyulan vasitələrin bütövlükdə əlinizin altında olması zaman itkisinin də qarşısını almış olur. İstənilən növ təmir ləvazimatlarının, eləcə də, xırdavat materiallarının, mexaniki əl alətlərinin topdan və pərakəndə satışını həyata keçirən MinBir Home inşaat materialları və məişət malları mağazasında hər növ və fərqli çeşidlərdə xırdavat məhsullarını tapa bilərsiniz. Bundan başqa, mağazanın xırdavat və əl alətləri bölməsində kəsici, yonucu və deşici vasitələr, mexaniki əl alətləri, ölçü alətləri, qapı və pəncərə aksesuarları, sverlolar və digər xırdavat malları sizin xidmətinizdədir.

Skop tapançası nədir?

Mexaniki əl alətləri bölümündə bir çox ehtiyacınız olan pratik vasitələrə nəzər yetirə bilərsiniz. Skop və mismar tapançaları kimi bir çox digər mexaniki əl alətləri də 1001 Home’un çox satılan alətləri arasında öz yerini tutur. Mexaniki əl alətləri kateqoriyasına daxil olan bıçaqlar, açarlar və rezak modelləri, burğac və atvyorkalar, çəkic, balta, kəsər, isgənə və zubillər, eləcə də baradok modelləri, kafel kəsənlər, kafel kəsmə başlığı və aparatı, lerka, mikser, mişar və qayçılar müştərilər tərəfindən çox tələb edilən məhsullardır. Bundan başqa, mıxçəkənlər və linglər, məngənələr, şüşətutanlar, nəqqaş aparatı və plastqubtsalar, kəlbətinlər, eləcə də, skop və mismar tapançaları kimi təmir işlərində istifadə edilən mexaniki əl alətləri mağazanın çox satılanlar siyahısındadır. Skop tapançası ilə mismar tapançalarının istifadə yerinə görə və ölçülərinə görə fərqli modelləri və hər modelin də fərqli çeşidləri 1001 Home’da xidmətinizdədir.

Skop tapançası çeşidləri nələrdir?

Döşəmə və səthlərə mismar və skopların vurulması üçün istifadə edilən havalı tapança modelləri ilə rahat və asan şəkildə, çox güc istifadə etmədən mismar vurma əməliyyatını həyata keçirə bilərsiniz. Evinizdə, ofisinizdə və digər tikililərdə tez-tez təmirə ehtiyac duyulur. Müxtəlif yerlərin təmiri zamanı fərqli təmir alətlərinə ehtiyac duyulur. Skop tapançası kimi digər alətlərin də asan istifadə qaydaları görüləcək işin asanlıqla və qısa vaxt ərzində bitirilməsi mümkündür. İstədiyiniz nəticəni almaq üçün səthdən və istifadə yerindən, istifadə şəraitindən asılı olaraq doğru aləti seçməyiniz önəmlidir. Təmir işlərində ən çox istifadə edilən alətlərdən olan skop tapançaları və mismar çıxaran alətlər 1001 Home’un xırdavat məhsulları  bölməsində mövcuddur. Metalların, taxta və plastik materialların bir-birinə bərkidilməsi, mismarlanması və sabitlənməsi üçün skop tapançalarından, eləcə də mismar aparatlarından istifadə edilir.

Skop tapançasından istifadə qaydaları

Hobilərinizin inkişafında, eləcə də təmir işlərində ehtiyac duyduğunuz skop tapançalarını seçərkən diqqətli olmağınızı gərəkdirən bəzi nüanslar vardır. Öncəliklə, istifadə edəcəyiniz məhsulun iş prinsipi və işləmə mexanizmasına diqqət etək lazımdır. Mismar və skop tapançaları olduqca çox çeşiddə emal edilir. Bunlardan havalı mismar çaxma tapançasını, akumlyatorlu tapançaları, eləcə də, qazlı aparatları misal göstərmək olar. Bundan başqa aparatın gücünü də doğru seçmək lazımdır. İstifadə yerinə görə, döşəməyə, divara mismar vurmaq üçün və ya kiçik əşyaları birləşdirmək üçün istifadə ediləcək tapançalar fərqli xüsusiyyətə sahibdirlər. Əl tapançası və ya elektrikli tapanca növləri ilə yanaşıi həmçinin, havalı tapança mismarı, skop modelləri də 1001 Home’un xırdavat məhsulları arasında yer alır. Məhsullar xrom və ya çəlik kimi üstün keyfiyyətli materiallardan emal edilən, paslanmaz və dayanıqlı məhsullar olmaqla birlikdə, uzun müddətli istifadəyə yararlı olması ilə diqqət çəkir. Siz də iş fəaliyyətinizə uyğun olaraq istədiyiniz modelə sahib ola bilərsiniz.