Gizli İşıq Nedir?
Min bir home- un bu dəfəki bloqunda sizə
gizli işıqlar haqqında məlumat vermək istəyirik. sizə Ev və ya ofisimizdə əvəzolunmaz
məhsuldan biri də işıqlandırma vasitələridir. Bu istər bizim ruh halınıza, istərsə
də iş səmərəliliyimizi artırmağa kömək edir. Evinizə orijinal otaq işıqlarını tətbiq etməyin tamamilə
yeni yolunu kəşf edin. Gizli işıqlar heç bir lampa və ya ampul göstərmədən
evinizi işıqlandırmaq üçün fərqli əyləncəli
bir yoldur. Gizli lampalar vasitəsilə işıq sadəcə bizə çatır və gün ərzində biz
bu işıq lampalarının və ya fənərlərin harada olduğunu görə bilmirik, ona görə də
məkanın dekorasiyasına mane olmayan bir elementdir. Bundan əlavə, texniki cəhətdən
düşünülmüş daxili işıqlandırma, məkanı, hündürlüyü, genişliyi vizual olaraq
artırmaq, müəyyən effektlər yaratmaq üçün otağın işıqlandırılmasından tutmuş dəyişdirilməsinə
qədər bir neçə funksional vəzifələri yerinə yetirmək üçün istifadə olunur.
Gizli işıqlar vasitəsilə siz, əksər hallarda hər hansı bir əşyanızı axtararkən əlavə otaq işıqlarını yandırmağa ehtiyac
duymayacaqsınız. Gizli işıqlar, demək olar ki, hər hansı bir mebel, niş və ya
kornişlərə tikilir. Obyetin daha da gözəl görünməsi üçün məhsul bir güzgü, bir
şəkil və ya divarda asılan digər dekorativ elementin arxasında gizlənə bilər.
Bundan əlavə, siz bu işıqları gecə pilləkənlərinizin
daha da işıqlı olması üçün quraşdıra bilərsiniz. Bu işıqları evinizin müəyyən
hissələrinə əvvəlcədən dizayn etmək daha məqsədəuyğundur, əks halda işığı
sonradan obyektə dizayn etmək bir az qəlizləşə bilər. Təbii ki, bu evimizdəki hər
sahə üçün keçərli deyil. İndi isə evimizin müəyyən hissələrində gizli
lampalardan istifadənin mənfi və müsbət cəhətlərinə nəzər yetirək:
- Gizli İşıq Aksesuarları Nelerdir?
Gizli aydınlarma aksesuarlarına rəngli
işıq şlanqları, Bu işıqlar vanna otağı üçün çox populyardır. Vanna
otağınıza quraşdıraraq çox maraqlı görüntü əldə edə bilərsiniz. Onları
divarların üst və ya alt hissəsinə yerləşdirə bilərik. Dezavantajı odur ki,
onları əvəz etmək sadə bir ampulanı dəyişməkdən daha çətindir.
Şkaflarımızın içərisinə yerləşdirə biləcəyimiz gizli işıqlar da var. Bəzən
axşam vaxtı şkafdan paltarımızı seçməkdə çətinlik çəkirik, çünki otağın işığı
şkafın içərisinə tam olaraq düşməyə bilir. Bu lampalar isə qarderobun hər
küncünü işıqlandırmağa imkan verir və istədiyimiz hər şeyi aydın görə bilməmizdə
kömək olur. Paltarları görmək üçün onları künclərdə və yuxarıda yerləşdirmək
olar. Beləliklə qarderobun yalnız bir
hissəsini işıqlandıran lampalardan daha effektiv nəticə əldə etmiş olacağıq.
Mətbəx üçün mütləq
ümumi işıqlandırmadan başqa bölgəsəl işıqlandırmaya ehtiyac duyulur. Ümumi
işıqlandırma tez-tez tavan işıqları ilə təmin edilir. İstər uzunluğu tənzimlənən
relsli çilçıraqlar, istərsə də plafonerlər, uyğun işıqlandırma üçün kifayət
deyil. Bu səbəbdən gizli işıqlandırma dediyimiz modulları şkafların içərisinə,
rəflərin altına və dəzgahların arasına yerləşdirə bilərsiniz. Mətbəxdə əlbəttə ki,
LED lampalar ən yaxşı alternativdir. Çünki həm çox az enerji sərf edir, həm də
çox uzun ömürlüdürlər. Bilirik ki, mətbəxdə soba tez-tez istifadə edildiyi üçün mühit çox isti
olur. LED işıqların digər bir üstünlüyü isə
qızıb, ətrafa istilik yaymamasıdır. Bunun üçün də mətbəxdə könül rahatlığı ilə
gizli lampa çeşidlərindən olan led lampalardan istifadə edə bilərsiniz.
Ön qapıya gedən
yollar boyunca xarici işıqlandırma ziyarətçilərin yolunu işıqlandıracaq. Bu
gizli işıqlar evinizin ərazisini daha qonaqpərvər və rahat hala gətirir, həmçinin
də gecələr bağınızı aydınlatmaq üçün əla vasitə sayılır. Çöl işıqlandırmasının
yağışa məruz qalacağını unutmayın, buna görə də işıqları seçərkən peşəkarlardan
məsləhət alın.
Gizli işıqlarrın qiyməti .
Gizli işıqlar növlərinə görə bir-birindən fərqlənir.
Bunun üçün də ilk öncə evinizin hansı hissəsi üçün alacağınızı dəqiqləşdirməli
və ona uyğun gizli işıqların qiymətini
araşdırmalısınız. Bundan əlavə 1001 home
mağazasından da mövcud gizli işıq çeşidlərimizə baxıb, qiymət barədə
təsəvvür yarada bilərsiniz.