Qapı qolları
Qapısı
olan hər məkanın kilid mexanizması da mövcuddur. Bu kilid mexanizmalarının
qapanma və açılma sistemləri qədər bu sistemin hərəkətini təmin edən qapı
qolları da önəmlidir. Evinizin aurasından, qapılarınızın dekoruna qədər gər bir
detayı nəzərə alacaq olsanız qapı qollarının doğru seçiminin nə qədər gərəkli
olduğunu da bilərsiniz. Qapı qolları sadəcə qapıların açılıb bağlanmasını təmin
etmir. Həmçinin evin ümumi ab-havasına və dekorasiyasına ayaq uyduraraq göz
oxşayan görüntü yaradılmasına da köməklik göstərir. Müxtəlif modellərdə və zəngin
çeşidlərdə qapı qollarını, eləcə də, qapı və pəncərə qıfıllarını, petlələr,
qapı zəngləri və pəncərə torları kimi digər qapı və pəncərə
aksesuarlarını MinBir Home'un xırdavat məhsulları
arasında görə bilərsiniz.
Qapı qolu nədir və nə işə yarar?
Daimi
olaraq istifadə edilən və müştərilər tərəfindən də sıxlıqla tələb edilən qapı
qolu modelləri qapıların açılıb örtülməsində və kilid mexanizmasının işlədilməsində
önəmli rol oynayır. Qapı qolu olmasa kilidli olan qapını açmaq çətinləşər və
çilingərə ehriyac duya bilərsiniz. Hər evdə, ofisdə və qapısı olan hər tikilidə
istifadə edilən qapı qolları 1001 Home'un çox satılan məhsulları arasında ilk sıralardadır.
Çünki, hər evin giriş qapısı üçün istifadə edilən dəmir qapı qolu modelləri kimi, otaqları üçün də otaq qapı qolu modellərinə ehtiyac
duyulur. Bundan başqa hər qapıya və materiala uyğun qapı qolu modelləri də 1001 Home'da mövcuddur. Qapıların açılı
örtülməsinə, rahat şəkildə giriş və çıxışların təmininə yarayan qapı qolları, həmçinin,
evin, otağın və ya istifadə olunan hər hansı bir məkanın dekorasiyasını
tamamlayan ünsürlərdən biridir. Məsələn, giriş qapılarında, dəhliz və mənzillərin
qapılarında daha çox çəlik və metal istifadə edildiyindən bu görüntüyə uyğun şəkildə
qapı qolları da bənzər materialdan seçilir. Bundan başqa qapıların rənginə
uyğun qol seçilməsi də görüntü və virzuallıq baxımından önəm daşıyır.
Qapı qolu çeşidləri
Həyət
girişlərində və böyük darvaza qapılarında, dəhliz və mənzil girişlərində əsasən
metal qapılardan istifadə edildiyindən bu zaman qapı qollarının da dəmir və ya
digər metal materialdan hazırlanmış olması önəmlidir. Bundan başqa otaq
qapılarında, evin iç qapılarında taxta materialdan daha çox istifadə edilir. Bu
səfər də otaq qapı qollarına müraciət edilməsi önəmlidir. Bundan başqa, hamam
otaqlarının qapılarının və balkon qapılarının daha çox PVC və ya digər plastik
materiallardan düzəldildiyini nəzərə alsaq, bu tip qapılarda plastik qapı qolları daha çox tərcih
edilir. Fərqli modellərdə və müxtəlif çeşiddə qapı tutacağını da MinBir Home'un
xırdavat məhsulları arasında tapa bilərsiniz. Ehtiyacınıza uyğun məhsulun
xüsusiyyətlərini bildirərək mağaza əməkdaşlarının köməyindən də istifadə edə
bilərsiniz. Beləliklə həm sizə uyğun olan ən doğru seçimi etmiş olarsınız, həm
də bu seçiminizə sahib olmaq üçün vaxt itirməmiş olarsınız.
Qapı qolu necə taxılır?
Acil
çıxış qapılarında və ya güvənlik qapılarında daha çox istifadə edilən qapı hidroliği qapıların avtomatik
qapanmasına, qapanış gücünü və çırpılma səviyyəsini tənzimləməklə qalmır, həmçinin,
güvənli kilidlənmə sisteminə malik olan çox tələb edilən modellərdəndir. 1001
Home'dan əldə edəcəyiniz qapı qolu modellərinin taxılması və quraşdırılması
üçün usta yardımı gərəksə də, texniki xüsusiyyətləri bilən hər bir kəs bu işin
üstəsindən asanlıqla gələ bilər. Qapı qolları kilid göbəyinə birləşərək uyğun şəkildə
bağlanır. Bəzən şrublarla, bəzən də xüsusi vasitələrlə qapının hər iki tərəfinə
bərkidilərək istifadəyə hazır şəklə salınır. Həm keyfiyyəti, həm də uyğun qiymətləri
ilə diqqət çəkən hər növ qapı və pəncərə aksesuarları 1001 Home'da yolunuzu
gözləyir.