Mismarlar, dubellər və skoplar
Təmir,
baxım, yenidən qurma və quraşdırma işlərində əlinizin altında olması gərəkən
bir çox vasitə və xırdavatlar vardır. Hansı ki, bu məhsullara sahib olsanız
xırda təmir işlərində və quraşdırma fəaliyyətlərində ustaya ehtiyac
duymayacaqsınız. Kiçik təmir işlərində lazım olan bütün xırdavat materiallarını MinBir Home'dan asanlıqla əldə edə bilərsiniz.
Mismar nədir?
Təmir
zamanı ən çox ehtiyac duyulan xırdavatlardan biri olan mismarlar hər hansı iki səthi birləşdirərək və bir-birinə sabitləyərək
işinizi asanlaşdırır. İstifadə sahəsinə, səthin materialına və xüsusiyyətinə,
ölçülərinə görə fərqlənən mismar çeşidlərini 1001 Home'da tapa bilərsiniz.
Mismar çeşidləri və istifadə yerləri
Ümumi
xüsusiyyətlərinə görə çəkic və bənzəri əl alətləri ilə çaxılan mismarlar, özəl
xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Düz, iti uclu olaraq taxta,
beton, çəlik kimi bir çox səthlərə çaxıla bilən mismarlar mebel hissələrinin
bir araya gətirilməsində, montajlama fəaliyyətlərində işinizi asanlaşdırır. Evdəki
təmir işlərində, inşaat sektorunda, döşəmə və tavanların düzəldilməsində və bir
çox hobi məqsədli fəaliyyətlərdə mismar növlərindən istifadə edilir. Həmçinin
damları və xarici səthlərin bərkidilməsi, sabitlənməsi zamanı da mismarlardan
istifadə edilir. MinBir Home'da
40-lıq, 50-lik, 60-lıq, 70-lik, 80-lik, 100-lük, 120-lik, 200-lük və fərqli bir
çox ölçüdə düz mismarlarla yanaşı, tırtırlı mismar, laminant üçün sarı mismar,
polka üçün ağ mismar çeşidləri və şifer üçün rəngli mismar modellərini tapa bilərsiniz.
Dubel nədir?
Hər
hansı bir makinanın, lövhənin, aparatın və ya çəlik konstruksiyanın hər hansı
bir yerə sabitlənməsi və bərkidilməsi zamanı istifadə edilən bağlantı hissəsi
olan cismə dubel deyilir. Dubellər
istifadə yerinə, funksiyasına, ölçüsünə və rənginə görə çeşidlilik göstərir.
Buna görə də fərqli modellərdə və müxtəlif ölçülərdə dubel növlərinin qiymətlərində
də dəyişiklik özünü göstərir.
Dubel çeşidləri
Həm
istifadə yerinə, həm də müqavimətinə və dayanıqlılığına görə fərqlənən modellər
sabitləmə və bərkitmə fəaliyyəti üçün səthə, döşəməyə, divara, tavana ya da
alçıpana çaxıla bilir. Dubel ilə beton səthdə, taxta və ya kirəmitə, çatlaqlı və
ya çatlaqsız döşəməyə və taxta ləvazimatlarına bağlantı yaratmaq mümkündür.
Ümumilikdə dubel çeşidləri arasında klipsli dubel, qaz, beton dubeli, S tipli
dubel, qanadlı alçıpan dubeli, ağır yük dubeli, plastik və asma tavan dubeli,
kimyəvi dubel, çaxmalı və qısa dubellər, qarmaqlı və gömləkli dubellər çox
satılan məhsullar arasındadır. Klipsli dubellər əsasən, beton keyfiyyətinin
yüksək olduğu səthlərdə tərcih edilir. Bu dubel çeşidləri orta sinif yüklərin
sabitlənməsində istifadə edə bilərsinixç bundan başqa çəkmə müqaviməti yüksək
olan S tipli dubellər isə daha çox şrub və saplama ilə istifadə edilir. Təhlükəsiz
bağlantıların yaradılması üçün əvəzsiz vasitə olan dubellər ağır yüklərin
sabitlənməsində istifadə olunur. İstənilən çeşid dubel növlərini 1001 Home'da tapa bilərsiniz.
Skop nədir? skop çeşidləri və istifadə
qaydaları
Ev
və iş yerində istifadə edilən bir çox elektronik alətlərin eləcə də, telefon və
modem kabellərinin, komputer kabellərinin sabit şəkildə ayağınıza dolaşmadan
durmasını təmin etmək üçün bir çox vasitələrdən istifadə edilir. Bu vasitələrdən
biri də kabel tutucu klipslər və skop
çeşidləridir. Kabellərin bir birinə qarışmasını önləyən skoplar, həmçinin, təhlükəsizliyi
də təmin etmiş olur. Belə ki, ayaq altında və dolaşıq şəkildə duran kabellər
diqqətsizlik zəminində ilişməyə, yıxılmağa və zədələnməyə gətirib çıxara bilər.
Skoplar təhlükəsizliyi təmin etməklə qalmır. Bununla yanaşı, kabel
dolaşıqlığının gətirdiyi görüntü kirliliyini aradan qaldıraraq otağın
virzuallığını da təmir edir. Açılıb bağlana bilən klipslər, eləcə də divara
çaxıla bilən mismarlı skoplar sayəsində işinizi asanlaşdırmış olacaqsınız. 1001
Home'un təqdim etdiyi müxtəlif çeşidli dubel modelləri, mismar növləri və skop
modellərini uyğun və sərfəli qiymətlərlə əldə edə bilərsiniz.