Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Domofon-kamera və qapı zəngləri

Makel Qapı Zengi Lilium
Endirimli məhsul
Brand: MAKEL Məhsul kodu: AVM.04.00173
Marka-Makel LiliumRəngi-Ağİstehsal-TürkiyəMAKEL QAPI ZENGİ LİLİUM..
2.20 AZN
ƏDV xaric:2.20 AZN
Zvanok Mesafelı 6-Lı
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.04.00712
Rəngi- AğDəst- 6-lıZVANOK MESAFELI 6: LI..
90.00 AZN
ƏDV xaric:90.00 AZN
Göstərilir: 1 . 2 -ə 2 -dən (1 səhifə)

Domofon-kamera və qapı zəngləri

Bu gün sizinlə ev və ofislərimiz üçün kiçik, amma bir o qədər də lazımlı elektrik cihazlarından olan qapı zəngləri və domofonlar haqqında lazımlı məlumatları paylaşacayıq. Domofon sistemləri dedikdə audio, həm audio, həm də video ilə məlumat ötürülməsini təmin etməklə bir bina daxilində və ya birdən çox əlaqəli bina arasında ikitərəfli əlaqəni təmin edən elektron sistemlərdir. İllər ərzində domofon sistemləri rəqəmsal telefon sistemləri və mobil rabitə ilə əvəz edilmişdir. Təbii ki, bu o demək deyil ki, müasir dünyada domofon sistemlərinə yer yoxdur. Bu sistemlər hələ də binada daxili əlaqə yaratmaq və giriş/çıxış nöqtələrini qorumaqla təhlükəsizliyi artırmaq kimi məqsədlər üçün istifadə olunur. Geniş çeşidli kommunikasiya və bina idarəetmə həlləri arasında audio və video rabitəni birləşdirərək, interkom sistemləri gələcəyin texnologiyası kimi ortaya çıxır.

Qapı zəngləri isə hələ qədim zamanlardan mexaniki alətlərin istifadəsi ilə günümüzə kimi gəlib, çıxmış, hazırda aşağı elektrik gücünə  malik, qonağın gəlişini bildirmək üçün istifadə olunan cihazdır. Forma, səs, cihaz baxımından müxtəlif növə malikdir. Qapı zəngi batareyadan və ya birbaşa elektrik şəbəkəsinə qoşula bilər. İndi isə gəlin onları ayrı-ayrılıqda incələyək.

Domofon Çeşitleri

Elektron avadanlıq olduğu üçün başqa bütün elektron avadanlıqlar kimi onu da seçərkən texniki xüsusiyyətləri və xüsusi özəllikləri nəzərə alınmalıdır. Bundan əlavə domofonun çöldə yerləşdiriləcək qurğusunun möhkəm və dözümlü materialdan olması vacibdir. Əgər qurğu blokda deyil, açıq havada quraşdırılacaqsa, üzərinin qoruyucularla təchiz edilməsi ən vacib məsələlərdəndir. İndi isə analoq və rəqəmsal domofonların xüsusiyyətlərinə nəzər salaq:

Analoq sistemli və rəqəmsal sistemli damafon növləri mövcuddur.

Quruluşu və quraşdırılması sadə olan analoq domofonlarının üzərində abunəçi ilə əlaqə yaratmaqdan ötrü konkret düymələr mövcuddur. Daha aydın izah etsək, əgər yaşayış binasında on mənzil varsa, xarici cihazın üzərində də məntiqi olaraq on ədəd düymə olacaqdır. Analoq sitemli domofonlara iki əlaqələndirmə paneli də qoşmaq olar ki, bu da evin arxa girişi və ön girişi ilə ayrılıqda əlaqə yaratmaq, giriş və çıxışı tənzimləmək üçün yararlıdır.

Rəqəmsal domofonların yaratdığı imkanlar analoq domofon növünə nisbətən çoxdur.  Analoq sistemdən fərqli olaraq, rəqəmsal sistemdə mənzil sayına uyğun düymələrin yerləşdirilməsinə ehtiyac yoxdur, çünki burada bir cihaza bir neçə istifadəçi qoşmaq mümkündür. Bu domofon sistemlərinə GSM texnologiyaları vasitəsilə mobil telefon ilə də qoşulmaq mümkündür və tənzimləmə evdən kənarda da aparıla bilir. 

Qapı zəngləri

Qapı zəngi batareyadan və ya birbaşa elektrik şəbəkəsinə  qoşula bilər. Zvanokların işləmə prinsipi olduqca sadədir. İndi isə gəlin onun növləri ilə tanış olaq:

Standart məişət zəngləri;

siqnal zəngləri - onların yüksək həcmi var, daha tez-tez bu tip, həyəcan siqnalı kimi istifadə olunur;

gongs - boruların köməyi ilə gurultu kimi səs çıxarırlar;

simsiz zənglər - Ən son texnologiya malik bu zənglər çox rahat və əlverişlidir. Simsiz zəngləri birləşdirmək asandır və qoşulma telləri tələb etmir. Eyni zamanda simsiz cihazlarda düymə və zəng istənilən rahat yerə yerləşdirilə bilər.

Ən son texnologiya ilə hazırlanmış bəzi elektrikli zvanoklar sayəsində siz mənzildə uşaq və ya qoca qaldıqda yad adamların qapını açmaması barədə xatırlatma səsi yaza, başqa bir imkan isə qapınızı döyən birinin eşidə biləcəyi bir mesaj əlavə edə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, Cahan AVM-də yerləşən 1001 home mağazasından ev və ofisinizə gərəkli fərqli brendlərə məxsus müxtəlif növ elektrik məhsullarını( elektrik kabelləri, kabel kanalları, sığortalar və qutuları, qapı zəngləri, generatorlar və s.) sərfəli qiymətlərlə əldə edə bilərsiniz.