Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Divar kağızı yapışdırıcıları

Metylan    Oboy  Kleyi  150-200Qr
Endirimli məhsul
Brand: METYLAN Məhsul kodu: AVM.11.00187
Marka- MetylanTərkibi- Sellüloza mənşəli tozların qarışığından ibarət  divar kağızı yapışdırıcısıRəngi- Krem AğÇəkisi- 150 QrTƏTBİQ SAHƏSİ:Ağır kağızlar, çap kağızları, floklu kağızlar, naxışlı və vinil örtüklü kağızlar, foto çap kağızları, tekstil kağızları, yırtılmış kağızlar üçün uyğund..
6.43 AZN
ƏDV xaric:6.43 AZN
Göstərilir: 1 . 1 -ə 1 -dən (1 səhifə)

- Divar kağızı yapışdırıcıları

Evinizdəki mebeli, otaq işıqlarını və digər dekorativ məhsulları hər nə qədər zövqlə seçmiş olsanız da mebellərə uyğun rəngdə və ya dizaynda divarınız yoxdursa, xəyalınızdakı ev dizaynı yarımçıq qalacaqdır. Bunun üçün də dizaynımızda divar boyalarının, divar kağızların böyük rolu var. Bu səbəbdən divar kağızı modelləri istifadəçilərə təmizlik, rahatlıqla yanaşı həm də vizual görünüş təqdim edir. Qeyd etmək istərdik ki bütün bunları Cahan AVM- də yerləşən minbir home mağazamızdan da əldə edə  bilərsiniz.

Divar kağızları kimi, tətbiq zamanı istifadə olunan yapışqanlar müxtəlifdir. “Dekorativ divar kağızı yapışqanını necə hazırlamaq olar?” sualının cavabı bir-birindən fərqli ola bilər. Bu cavablar da istifadə edəcəyiniz yapışqan növündən asılı olaraq dəyişir. Bəzi divar kağızı yapışdırıcılarını soyuq su ilə hazırlamaq lazım olduğu halda , bəzi yapışqanları hazırlamaq üçün isti su tələb oluna bilər. Hansı üsuldan istifadə edəcəyinizi satın aldığınız yapışqanın hazırlanması üçün təlimatlarda tapa və ya mağaza satıcısından soruşa bilərsiniz. Suyun temperaturu ilə bağlı hər hansı məlumat əldə edildikdən sonra hazırlıq addımları adətən eyni olur. İlk növbədə, bir vedrədəki təlimatlara uyğun olaraq suyun miqdarını götürməlisiniz. Mikserlə suyu qarışdırarkən yavaş-yavaş suya yapışdırıcı əlavə etməlisiniz. Yapışqan suya tam boşaldıqdan sonra 30 dəqiqə gözləməkdə fayda var. Bundan əlavə kleyi seçərkən tək aboy növünə deyil, divar kağızını hara yapışdıracağınızı( məs:taxtanın, dəmirin, sementin və s.)  da nəzərə alıb, ona uyğun oboy kleyi seçilməlidir.

Yapışdırıcıları bir neçə qrupa bölmək olar:

 Universal yapışdırıcılar toz halında olur, digər kleylərə nisbətən qiyməti sərfəlidir. Bütün növ divar kağızları üçün nəzərdə tutulsa da ən çox nazik kağız aboyların yapışdırılmasında istifadə olunur.

İkinci növ kleylər vinil kleylərdir və adından da göründüyü kimi  daha ağır olan vinil divar kağızları üçün istifadə olunur. Universal kleylərə nisbətən vinil kleylər daha bahadır.

Digər kley növü isə flizelin kleydir. Bu  kley növləri sellüloza lifli aboylar üçün istifadə edilir. Eyni zamanda flizelin aboy kleyini universal kleyllər kimi bir çox nazik divar kağızlarında istifadə etmək olur, lakin universal kleylərdən daha bahadır. Bu kley növünü vinilli divar istifadə etmək olmaz. Səbəb isə vinilli divar kağızlarının ağır olmasıdır. Flizelin kleylərinin digər kleylərdən bir fərqi isə proses zamanı kleyi divara sürtüb, sonra aboyu yapışdırmağımızdır.

Yapışqanlar tərkibinə görə müxtəlif olur. Bəzi aboy yapışqanları çox yaxşı yapışdırma güncünə malik olsa da  ekoloji təmiz olmaya, ətrafa xoşagəlməz iy yaya bilər. Digəri ekoloji cəhətdən təmiz ola, lakin divar kağızınızı istədiyiniz kimi yapışdırmaya bilər. Bunun üçün də divar kağızı kleyi almazdan öncə bir neçə amilə diqqət etməlisiniz. Gəlin onlara nəzər salaq:

-divar və divar kağızı materialı;

-divar kağızı çəkisi;

- hansı mühitdə istifadə olunması ;

- nəmə qarşı müqavimət (Məs: mətbəx və hamam üçün kleyi seçərkərn xüsusilə suya davamlı kley seçməyiniz kimi) ;

-tərkibində antifungal komponentlərin olması;

-pH 6-7 aralığında olmalıdır, əks halda yüngül divar kağızı üzərində sarı ləkələr görünə bilər;

-davamlılıq;

-islandıqdan sonra yapışqan xüsusiyyətini itirməməsi və s.

Divar kağızıyapışdırıcılarının həmişə içərisindəki komponentlərin tərkibinə və nisbətinə diqqət yetirin, çünki yapışqanın xüsusiyyətləri bundan asılıdır. Yapışqanının əsas komponentləri aşağıdakı kimidir:

Baza, 50-95%. Bunlar sellüloza törəmələridir: metilselüloz (MC), karboksimetilselüloz (CMC) və ya dəyişdirilmiş hidroksipropil nişasta/karbometil nişasta (HPC/CMC);

Polivinil asetat (PVA), 5-50%. Yapışqan yapışmasını və onun nəmə davamlılığını artırır;

Funqisidlər və antiseptiklər, 3,4% -ə qədər(divarlardakı kiflənmənin qarşısını alır).

1001 home mağazası və ya digər mağazalardan yapışdırıcı almazdan əvvəl mütləq  yapışdırıcıları müqayisə edib, divar kağızınıza və məkanınıza uyğun yapışdırıcı seçməyinizi tövsiyyə edirik. Təlimatları dəqiq şəkildə yerinə yetirsəniz divar kağızının bir neçə aydan sonra soyulmayacağına əmin ola bilərsiniz.