Patronlar, vilkalar, keçidlər
İşıqlandırma
sistemlərinin və elektriklə işləyən cihazların elektrik enerjisindən istifadə
edə bilməsi üçün bir çox aksesuara ehtiyac duyulur. Elektrik enerjisi günümüzdə
demək olar ki hər sahədə vazkeçilməz bir ünsür halına gəlib. Demək olar ki, həyatı
elektriksiz təsəvvür etmək mümkün deyil. Ta enerji mənbəyindən başlayaraq
istifadə edilə biləcək səviyyəyə gələnə qədər bu enerji bir çox yoldan keçir.
Bu proses zamanı isə bir çox elektrik avadanlıqlarından və elektrik aksesuarlarından istifadə edilməsi lazım
gəlir. Sasən işıqlandırma sistemlərində, son mərhələdə lampanın enerji ilə təmas
halında olması üçün lampanın xüsusiyyətinə özəl patronlardan istifadə olunur. Hər növ elektrik aksesuarlarının və
elektriklə bağlı olan hər detalın tapıla bildiyi MinBir Home mağazası min bir çeşid patron modelini sizlərə təqdim
edir.
Patron nədir?
padron çeşidləri
İşıqlandırma
sistemlərində aydınlanmanın həyata keçirilməsi üçün ixtira edilən lampalar bir
şəkildə elektrik enerjisi ilə təmasa keçməlidir. Bu təmas baş vermədiyi halda
lampanın işıq saçması mümkün deyil. Lampa ilə elektrik xətti arasında bağlantı
qurulmasında patronların rolu danılmazdır. Bir ucu elektrik kabelinə bağlı olan
patronlar kabeldən gələn elektrik axımını digər ucuna bağlı olan lampaya
ötürür. Beləliklə, işıq əmələ gəlir. Lampanın növündən asılı olaraq patron
modelləri də fərqlənir. 1001 Home'da istənilən model və istənilən ölçüdə lampa tapa biləcəyiniz
kimi, bu lampaların ucluqlarına uyğun patron modellərini də tapacaqsınız. Müştəri
məmnuniyyətini ön planda tutan mağaza rəhbərliyi və mağaza əməkdaşları
ehtiyacınız olan məhsulun tapılmasında və ehtiyacınıza uyğun ən doğru məhsulun
seçilməsində sizə köməklik göstərəcəkdir. İstənilən model led lampaların,
spotların, listur lampa modellərinin və digər lampa çeşidlərinin uyğunluq göstərdiyi
patron çeşidlərinə 1001 Home'un
internet səhifəsi üzərindən nəzər yetirə bilərsiniz.
Keçid nədir? keçid çeşidləri nələrdir?
Bəzi
elektrik təchizatıarının və elektrik prizlərinin quraşdırılmasında tək tip
prizdən istifadə edilir. Bütün evdəki və ya ofisdəki, iş yerindəki priz modelləri
eyni olduqda fərqli başlıqlardakı adaptorların və ya fişlərin istifadəsində məhdudluq yaranır. Amerikan elektrik məhsullarının
və telefon kabellərinin, eləcə də elektriklə işləyən digər mobil
telekomunikasiya aparatlarının kabel başlıqları bəzən iki dişli bəzən üçdişli
olur. Bununla birlikdə bəzi elektrikli ev alətlərinin və mətbəx
avadanlıqlarının fişləri fərqli çıxışlara sahib olur. Evlərdə və iş yerlərində əsasən
standard priz modellərinin istifadə edildiyini nəzərə alsaq bir çox düz dişli və
çox dişli fişlərin bu məkanlarda elektrik yuvasına bağlanması mümkün olmur.
Bunun üçün isə xüsusi keçidlərdən
istifadə edilir. Məhsulun fişini taxmaq üçün olan hissəsi ilə birlikdə standad
prizə taxılan hissəsi ilə elektrik mənbəyinə qoşulan keçid modelləri MinBir
Home'da xidmətinizdədir.
Vilka nədir? vilka çeşidləri
hansılardır?
Vilka olaraq adlandırılan fiş modelləri
elektrikli cihazların elektrik mənbəyinə qoşulması üçün lazım olan başlıqdır.
1001 Home'un müştəriləri üçün təqdim etdiyi elektrik aksesuarları bölümündə fərqli
modellərdə vilka çeşidləri ilə tanış ola bilərsiniz. Standard vilkalarla yanaşı
incə dişli, iki və ya üç dişli vilka modelləri də mövcuddur. Vilka modellərindən
torpaqlı fiş, erkek vilka və dişi
vilka çeşidləri 1001 Home'da satışdadır. Rənglərinə görə fərqlənən vilkalar,
ağ, qara və rəngarəng modelləri ilə diqqət çəkir. Bundan başqa, qulplu və
qulpsuz olmaqla da ikiyə ayrılan fiş modellərinə uyğun qiymətlərlə sahib ola
bilərsiniz.
Patron, vilka və keçid qiymətləri
İşıqlandırma
sistemlərinin əsasını təşkil edən lampalar, lampa patronları, led lampa,
standard qampa, lystur lampası, gecə lampası üçün lazım olan patron modelləri, açar topraksız dişi modelləri,
elektrikli cihazların elektrik mənbəyinə qoşulması üçün şərt olan qulplu,
qulpsuz fiş modelləri, torpaqlamalı priz
çeşidləri uyğun qiymətlərlə 1001 Home'da yolunuzu gözləyir. Hər büdcəyə uyğun
elektrik aksesuarlarına 1001 Home' un internet səhifəsində nəzər yetirə bilər,
istədiyiniz məhsula asanlıqla sahib ola bilərsiniz.