Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Skoç və bantlar

Skoç və bantlar

Günlük həyatda ehtiyac duyulan və rahatlığınız üçün evdə, işdə daim əlinizin altında tapılması gərəkən bir çox xırda məişət malları və xırdavat məhsulları həyatı asanlaşdıran detallardır. Böyük həcmli və böyük ölçülü makinalar, inşaat alətləri və inşaat malları kimi, həmçinin, kiçik ölçülü məişət məhsullarının da əvəzsiz məkanı olan 1001 Home istədiyiniz bütün növ xırdavat məhsullarını, xırda əl alətlərini, təmir işlərində ehtiyac duyulan kiçik dəmir ləvazimatları və müxtəlif məqsədlərlə istifadə edilən hər növ avadanlığı sizin ayağınıza gətirir. Min Bir Home’un müştəriləri üçün təşkil etdiyi sayısız kampanyalar və özəl endirim günlərindən də istifadə edərək axtarıb tapdığınız məişət məhsullarını daha da uyğun qiymətlərlə əldə edə biləcəksiniz.

Xırdavat və əl alətləri

İstənilən növdə, ölçüdə və istənilən işə uyğun xırdavat və əl alətlərini 1001 Home’da tapa bilərsiniz. Keyfiyyətli və sağlam məhsulları, eləcə də, uyğun qiymətləri ilə müştərilərin könlünü fəth edən mağaza müştəriyönümlü siyasəti ilə yaddaşlarda qalmağa davam edir. Axtardığınız məhsulları tapmağınız və ehtiyac duyulduqda məhsullar haqqında məlumat almağınız üçün mağazanın əməkdaşları sizə köməklik göztərməyə daim hazırdırlar. Xırdavat və əl alətləri bölməsində siz skoçbandların zəngin çeşidlərini görə bilərsiniz. Bundan başqa, xırdavat bölməsində yer alan iş təhlükəsizliyi və geyimləri, istənilən ölçüdə və quruluşda kəsici və yonucu vasitələr, müxtəlif işlərdə istifadə edilən mexaniki əl alətləri, metrə, xətkeş, sayğac, ampermetr kimi ölçü alətləri, qapı və pəncərə materialları və aksesuarları, sverlolar və bir çox xırdavat mallarına uyğun qiymətlərlə sahib ola bilərsiniz.

Skoç çeşidləri və qiymətləri

İnşaat işlərində, təmir və quraşdırma zamanı, həmçinin evdə və ofis işlərində, günlük həyatda olduqca çox istifadə edilən skoç çeşidlərinə hər zaman ehtiyac duyulur. Müştərilərə təqdim edilən kalite kontroldan keçmiş və təstiqlənmiş məhsullar yapışqanlılığı və keyfiyyəti ilə yanaşı qiyməti ilə də müştərilər tərəfindən rəğbətlə qarşılanır. Skoç qiymətləri məhsulun eninə və uzunluğuna müvafiq olaraq dəyişkənlik göstərə bilir. Skoçların istifadəsi gərəkli olan bəzi məqamlarda rahatlığınız və zamandan qazanmağınız üçün skoç aparatlarından istifadə edə bilərsiniz. Ofis və evdə, kağız-sənəd işləri ilə məşğul olanların kiçik masaüstü aparatlardan istifadəsi yayqındır. Həmçinin kargo işləri üçün qalın skoçlara uyğun aparatlardan istifadə edilir. Divara və ya mebelə hər hansı poster, aksesuar və s. yapışdırmaq üçün iki tərəfli skoçlar tərcih edilir. Çox satılan məhsullardan olan kağız skoçlar ilə yanaşı 1001 Home’da bir çox digər skoç çeşidləri də mövcuddur.

Band çeşidləri və qiymətləri

Skoç və bandlardan istifadə yerləri olduqca geniş olduğundan bu məhsulların çeşidliliyinin təmin edilməsi mağaza tərəfindən ciddiyə alınır. Müxtəlif məqsədlərə xidmət edən band çeşidləri mağazanın xırdavat malları bölməsində, reyonlarında yolunuzu gözləyir. Kağız skoçlar kimi bir çox yerdə istifadə edilən istənilən ölçüdə  band çeşidlərini Min Bir Home’da tapa bilərsiniz. Band qiymətlərinin uyğun olması və məhsulun keyfiyyəti tələbatın artmasına səbəb olur. Zəngin çeşidləri ilə mağazada öz yerini təstiqləmiş band növlərindən akrilik band, enli sürüşməyən bandkağız dərzi bandlarına daha çox müraciət edilir. Bunlardan başqa, təmir və quraşdırma fəaliyyətlərində istifadə edilən qapı bandıpəcərə bandı çox satılan məhsullar içərisində öz yerini alır. Sərhədlərin təyini və qorunması üçün, qəza və təmir işləri ərazisinin çevrəsində istifadə edilən emniyet şeridi qəza lentası kimi band növlərini də 1001 Home’ da tapa bilərsiniz. Bunlardan başqa, işinizə və ehtiyacınıza uyğun hər növ band və şkoç çeşidləri və aparatları sərfəli qiymətlərlə mağazada yolunuzu gözləyir.