Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Qapı-Pəncərə aksesuarları

Qlazok 10 Sm
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.01520
Rəngi- QızılıÖlçüsü- 10 smİstehsal-ÇinQLAZOK 10 SM..
6.09 AZN
ƏDV xaric:6.09 AZN
ŞÜŞƏ QAŞIYAN QISA
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.03140136553
Rəngi- Sarı, QırmızıŞÜŞƏ QAŞIYAN QISA..
2.60 AZN
ƏDV xaric:2.60 AZN
ŞÜŞƏ QAŞIYAN UZUN
Endirimli məhsul
Brand: 1001 HOME Məhsul kodu: AVM.06.03140136545
Rəngi- MetalikŞÜŞƏ QAŞIYAN UZUN..
2.75 AZN
ƏDV xaric:2.75 AZN
Göstərilir: 13 . 15 -ə 15 -dən (2 səhifə)

Qapı-Pəncərə aksesuarları

Hər evin və hər tikilinin xarici mühitlə əlaqədə olması üçün qapı və pəncərələr əsas vasitədir. Giriş və çıxışların təmin edilməsi zamanı qapılardan və evin havalandırılması, eləcə də xarici mühiti binanın daxilindən seyr etmək üçün pəncərələrdə istifadə edilir. Ancaq bildiyiniz kimi, qapı və pəncərələr sadəcə çərçivədən və hərəkətli lövhələrdən ibarət deyil. Qapı və pəncərə lövhələrinin çərçivəyə sabitlənməsi, eləcə də açılıb örtülməsi və kilidlənə bilməsi üçün müxtəlif labüd sayıla biləcək aksesuarlara ehtiyac duyulur. 1001 Home'un təqdim etdiyi müxtəlif materiallı qapı və pəncərə modelləri kimi, bu vasitələrdən effektiv istifadə etmək üçün zəngin çeşidli qapı və pəncərə aksesuarları müştərilərin xidmətindədir.

Qapı- Pəncərə aksesuarları nədir və nə işə yarar?

Bildiyiniz kimi istənilən evi, mənzili, otağı və ya hər hansı bir tikilini qapısız və ya pəncərəsiz təsəvvür etmək mümkün deyil. Çünki, məkana giriş və çıxış etmək üçün ən azından qapı mütləqdir. 1001 Home'da istədiyiniz çeşiddə, istənilən materialda və formada qapı modelləri mövcuddur. İstər dəhliz qapıları və ya mənzil girişləri üçün dəmir və ya çəlik qapılar, istər də otaq qapıları mağazada xidmətinizdədir. Daxili məkanlarda otaq qapıları üçün əsasən taxta materialdan hazırlanan məhsullar istifadə edilir. Həmçinin, hamam otağı və ya balkon qapısı üçün isə PVC qapılar daha çox tərcih edilir. Bundan başqa, eynilə, pəncərə seçimində də taxta və ya PVC materiallı məhsullara nəzər yetirə bilərsiniz. Bütün bu qapı və pəncərə modellərinin pratik şəkildə çalışması və ehtiyacınızı qarşılaması üçün lazım olan hər növ qapı aksesuarları və pəncərə aksesuarlarını da 1001 Home'da tapacaqsınız.

Qapı- Pəncərə aksesuarları çeşidləri

Qapı və pəncərə modelindən, materialından və istifadə yerindən asılı olaraq qapı və pəncərə aksesuarları fərqli çeşidlərdə təqdim olunur. Ehtiyacınıza uyğun məhsulu tapmaq üçün MinBir Homr'un əməkdaşlarına müraciət edərək sizə lazım olan ən doğru seçimi edə bilərsiniz. Zəngin çeşidləri ilə müştərilərə təqdim edilən qapı və pəncərə aksesuarlarını mağazanın xırdavat və əl alətləri bölməsində asanlıqla tapacaqsınız. Qapı və pəncərə aksesuarları və materialları dedikdə bu kateqoriyaya bir çox məhsulu daxil etmək mümkündür. Bunlardan, qıfıllar, kilidlə, açarlar və daha bir çox xırdavat məhsulları misal göstərmək olar. Asma qıfıllarla yanaşı, qapı və pəncərə üçün petlə modelləri, həşəratların içəri girməsinin qarşısının alınmasında effektiv nəticə göstərən pəncərə toru və band çeşidləri, qapı və pəncərə kilidləri və qıfılları çox satılan məhsullar arasındadır. Müştərilər tərəfindən sıxlıqla tələb edilən məhsullar arasında qapı qolları və qapı zəngləri kimi digər aksesuarlar da vardır.

Qapı- Pəncərə aksesuarlarından istifadə qaydaları

Qapı və pəncərə aksesuarlarından istifadə etmək üçün bəsit mexanizmaları bilmək kifayətdir. Məsələn qapı qolu və pəncərə qolu qapı və pəncərənin bağlanıb açılma sistemini hərəkətə keçirən aksesuarlardır. Qapınız kilidli olduqda və qapı qolu hər hansı səbəblə olmadıqda qapının açılması üçün çilingir yardımına gərək duyula bilər. Halbuki, qapı qolu vasitəsilə kilid sistemi asanlıqla açılaraq giriş və çıxışlarınıza şərait yaradır. Bundan başqa qapı və pəncərə kilidləri təhlükəsizliyinizi təmin etməklə vəzifəlidir. Digər aksesuarlardan pəncərə toru modellərini ələ alsaq, isti havalarda və ya daxili məkanın havalandırılması lazım olan zamanlarda pəncərənin açılmasına ehtiyac duya bilərsiniz. Ancaq, həşəratların və ya külək vasitəsilə içəri girə biləcək yad cisimlərin qarşısını almaq üçün pəncərə torlarına ehtiyac duyulur. Bundan başqa qapı göbəyi, qapı kilidi, açar kimi bir çox aksesuarların da özünə məxsus xüsusiyyətləri vardır ki, həyatı asanlaşdırmağa kömək edir. Bu və bunun kimi istənilən növ qapı və pəncərə aksesuarları MinBir Home'da xidmətinizdədir.