Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Profillər, mastarlar

Şulel Lavabo Bataryası
Endirimli məhsul Yeni Pulsuz çatdırılma
Brand: MAGNA Məhsul kodu: AVM.06.03140137430
Şulel Lavabo Bataryası..
112.20 AZN
ƏDV xaric:112.20 AZN
Göstərilir: 13 . 13 -ə 13 -dən (2 səhifə)

Profillər, mastarlar

Hər cür binada və tikilidə istifadəyə uyğun xüsusiyyətə malik olan profil modelləri həm görüntü baxımından virzuallığa xidmət edir, həm də dayanıqlılığın artırılmasında önəmli rol oynayır. İstənilən inşaat fəaliyyətində və tikinti sənayesində istifadə edilən kiçik əl alətlərindən böyük aparatlara və inşaat vasitələrinə qədər hər növ inşaat materiallarını tək ünvandan əldə etməyiniz mümkündür. Profil ən sadə anlamı ilə çəlik vəya digər metal xam maddəsi istifadə edilərək və ehtiyaca uyğun olaraq fərqli formalarda emal edilən materialdır. Xüsusilə də inşaat və tikinti sahəsində yayğın olaraq istifadə edilən materiallar arasında yer alan profil çeşidləri inşaat sektorundan əlavə həmçinin, mebel istehsalatında, bəyaz əşya emalında və fərqli sahələrdə əvəz edilməz rol oynayır.

Profil nədir?

Profil nədir sualına cavab vermək üçün öncə profillərin istifadə yerlərini bilmək lazımdır. Profil nə üçün istifadə edilir və hansı sahələrdə bu materiallara ehtiyac duyulur? Profillər istifadə yerinə görə, istifadə məqsədinə fərqli formalarda və müxtəlif ölçülərdə emal edilir. İstənilən hər ebatda və hər formada profil modellərini 1001 Home'un inşaat materialları bölməsində tapa bilərsiniz. Bu məhsullar həm estetikliyi və virzuallığı təmin edir, həm də, tikilinin sağlamlığına və dayanıqlılığına dəlalət verir. İstifadə edilən sahələrdə praktiki şəkildə estetiklik yaradan bu məhsullar əsasən metallardan hazırlanır. Fərqli metallardan xam maddə kimi istifadə edilərək bir çox sahədə ehtiyac duyulan profil çeşidləri emal edilir. Əsasən çəlik xam mal kimi istifadə edilsə də dəmir və digər materiallar, eləcə də müxtəlif növ plastiklər və taxta məhsullarını da profillərin xam malı kimi istifadə etmək mümkündür. Funksional xüsusiyyətlərinə görə fərqlənən zəngin çeşidli profil və mastarları çətinlik çəkmədən 1001 Home'dan əldə edə bilərsiniz.

Profil çeşidləri və rəngləri

Müxtəlif növ profil və mastar növlərini və ehtiyacınıza uyğun hər növ inşaat materiallarını və inşaat aksesuarlarını tapa biləcəyiniz MinBir Home inşaat malları mağazası keyfiyyətli və dayanıqlı məhsulları ilə xidmətinizdədir. Fərqli profil çeşidlərini nəzərdən keçirərək ehtiyac duyduğunuz məhsulu asanlıqla əldə edə bilərsiniz. Bundan başqa, mağaza əməkdaşları sizə seçiminizdə və axtardığınız məhsulu tapmağınızda köməklik göstərəcəkdir. Fərqli profil çeşidləri ilə yanaşı tikintidə və inşaat fəaliyyətlərində gərəkli olan mastar modellərini də MinBir Home'da tapa bilərsiniz. Profilin bir növü olan mastarlar düzbucaqlı formada və ya üçbucaqlı şəkildə emal edilir. Kəskin kənarlı bu materiallar ölçü aləti olaraq da bilinir. Tikinti, yenidənqurma və inşaat fəaliyyətlərində istifadə edilən mastar çeşidləri təməl fəaliyyətlərdə, iç və çöl cəbhəyə suvaq vurularkən, eləcə də, incə suvaq işçiliyində səthdəki əyriliklərin düzəldilməsi üçün və səthin simmetrikliyinin ölçülməsində istifadə edilir. Səthin hamarlaşdırılmasında və boşluqların doldurulmasında da effektiv nəticə verən mastarlar inşaat təməli tökmə zamanı düz bir döşəmə əldə etmək üçün də gərəkli ləvazimatdır.

Profil necə istifadə edilir?

İnşaat sektorunda istifadə edilən müxtəlif ölçülü mastarlar kimi mebel sənayesində və digər sənaye sahələrində ehtiyac duyulan müxtəlif növ profil çeşidləri mövcuddur. Taxta, mdf profil, alüminium və plastik kimi bir çox materialdan emal edilə bilən fərqli boyalardakı dekorativ və pratik mebel alsesuarlarının ümumi adı mebel profili olaraq bilinir. Profillər çox fərqli sahələrdə və fərqli məqsədlər üçün istifadə edildiyindən bu kateqoriya altındakı məhsullar olduqca zəngin çeşidlərə sahibdir. Meberllərin iç və çöl səthlərində, siyirmələrdə və qapılarda istifadə edilə bilən profillər tamamən fərqli məqsədlər üçün də əvəz edilməz məhsuldur. Tavanların kəskin kənarlarının uyğun şəkildə düzəldilməsi tikintinin təməlindən asılıdır və bunu əldə etmək üçün tavan profilindən istifadə edilir. Müxtəlif tipdə və ölçüdə tavan profilləri, asma tavan profili və fərqli formalarda profil çeşidlərinə 1001 Home'un internet səhifəsindən nəzər yetirə bilərsiniz.