Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Sintetik əsaslı

Sintetik əsaslı

Yaşayış binalarının, evlərin və iş yerlərinin, həmçinin digər məkanların ümumi ab-havasını, virzuallığını və dekorasiyasını tamamlamaq üçün boya məhsulları əhəmiyyət kəsb edir. Axtardığınız hər növ inşaat və təmir məhsullarını və təmir üçün istifadə edilən material və vasitələri tək məkandan əldə edə bilərsiniz. 1001 Home müştəriləri yönümlü siyasəti nəticəsində sizin rahatlığınızı və konforunuzu təmin etməyə qadirdir. Müştəri məmnuniyyətini önəmsəyən 1001 Home mağazası axtardığınız hər növ inşaat malları və məişət avadanlıqlarını özündə cəmləyir.

Sintetik əsaslı boyalar və qiymətləri

Boya məhsulları və materialları, pas təmizləyiciləri, məcunlar, şpaklovkalar, ustaların istifadə etdiyi alətləri, sellülozik əsaslı sənaye boyaları, tavan boya növləri, su əsaslı emulsiyalar Min Bir Home'da xidmətinizdədir. Çox tələb edilən çeşidlərdən olan sintetik əsaslı boyalar da uyğun qiymətlərlə mağaza reyonlarında satışdadır. Dərz dolğular, spreylər, tapança və pulverizatorlar, rulo və rulo çubuqları, fırçalar, astarlar, lak çeşidləri, tinerlər, yol, daxili və xarici səthlər üçün cizgi boyaları və digər köməkçi vasitələr sərfəli qiymətlərlə 1001 Home'da mövcuddur. Sintetik əsaslı boya kateqoriyasına daxil olan çeşidlər və vasitələr çox satılan məhsullar arasındadır.

Boya rəngləndiriciləri

Sintetik əsaslı boya qiymətləri keyfiyyət və dayanıqlılıq amillərinə uyğun olaraq təyin edilir. Sinterik əsaslı boyalar üçün istifadə edilən boya rəngləndiriciləri və pastalar çox satılan məhsullar içərisində öz yerini sabit saxlayır. Evinizin, ofisinizin və sizə aid məkanların zövqünüzə uyğun, istədiyiniz şəkildə rənglənməsi üçün sizə təqdim edilən boya rəngləndiriciri yumurta sarısı, cam göbeği, turkuaz, dəniz mavisi, gül qurusu, fume, torpaq, su yaşılı, xardal kimi az tapılan rəngləri ilə xidmətinizdədir. Ehtiyacınıza uyğun olaraq hər ölçüdə və hər rəngdə rəngləndiriciləri Min Bir Home'da tapa bilərsiniz. 

Lak çeşidləri və qiymətləri

Əsasən mebellərin və taxta ləvazimatlarının hamarlığını, xoş görüntüsünü və istifadəyə yararlılığını təmin etmək üçün istifadə edilən lakların fərqli çeşidləri 1001 Home'da yolunuzu gözləyir. Məkanın böyüklüyünə və laklanacaq səthin sahəsinə uyğun olaraq istənilən ölçüdə lak məhsullarını seçə bilərsiniz. Sintetik boya məhsullarının satıldığı bölmədə sizə lazım olan lak çeşidlərinə və sintetik tiner növlərinə də nəzər yetirməyiniz mümkündür. Zövqünüzə uyğun olaraq parlaq lak, mat lak çeşidlərini və taxta qoruyucularını sərfəli qiymətlərlə tək məkandan əldə edə bilərsiniz.

Parlaq boya çeşidləri və qiymətləri

Zövqünüzə uyğun olaraq evin mətbəx və salon kimi canlılıq tələb edən otaqlarında istədiyiniz rəngdə parlaq boya növlərindən istifadə edə bilərsiniz. Eyni zamanda əyləncə yönümlü restoranlarda, kafelərdə, uşaq otaqları və uşaq bağçalarında və bu kimi məkanlarda çox istifadə edilən parlaq boyalar əhval ruhiyənizin yüksəlməsinə şərait yaradır. Tikilinin müxtəlif hissələrində istifadə edilən boya məhsulları keyfiyyəti və uyğun qiymətləri ilə hər zaman tələb edilən məhsullar arasında özünə yer tutur. Tavan, döşəmə, pol kraskası, taxta qoruyucular və digər məhsullar üçün mağazaya gələrək və ya mağazanın rəsmi internet səhifəsindən alış-verişinizi həyata keçirə bilərsiniz.

Mat boya çeşidləri və qiymətləri

Parlaq boyalar kimi, daha çox sakitlik və hüzur tələb edən yataq otaqlarında, çalışma otaqlarında, iş yerləri və dərs otaqlarında istifadə edilən zövqünüzə uyğun mat boya çeşidlərini də özündə cəmləyən 1001 Home hər npv boya məhsullarını sizlərə təqdim edir. Taxta ləvazimatları üçün istifadə edilən məhsullar, tinerlər laklar kimi digər materiallı məhsullar üçün də boya çeşidləri mövcuddur. Dəmir və metal məhsulların, qapı və darvazaların, pəncərə dəmirlərinin, nəqliyyat vasitələrinin rənglənməsində istifadə edilən boyalar, antipas modelləri, qoruyucu örtüklərin, tavanların boyanmasında istifadə edilən hər növ məhsullar 1001 Home'da xidmətinizdədir. Min Bir Homr zəngin çeşidləri və sərfəli qiymətləri ilə müştərilərin yanında olmağa davam edir.