Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Sayğaclar

Bu bölmədə hər hansı məhsul tapılmadı.

 Sayğaclar

Yaranan və istifadə edilən enerjinin ölçülməsində istifadə edilən ölçü cihazlarına sayğac adı verilir. Sayğac hansı sahədə istifadə edilirsə üzərində həmin enerjinin miqdarı göstərilir. Bu enerji tükətilən və ya emal edilən enerji ola bilər. Fərqli sahələrdə istifadə yerinə görə bir çox sayğac modelləri mövcuddur. Enerji emalı və ya istifadəsinin miqdarını ölçməyə yarayan bu alətlər israfın qarşısının alınmasında olduqca böyük rol oynayır. Həmçinin, elektrik enerjisi və ya təbii qaz şirkətlərinin enerji tükətiminə yönəlik çek yazmasını və hesabatını asanlaşdıran sayğac modelləri bütün çeşidləri ilə 1001 Home'da xidmətinizdədir. Elektrik sayğacı modelləri bağlantı növünə və çalışma prinsipinə görə fərqli çeşidlərdə satışdadır.

Sayğac nədir?

Hər sayğac modeli kimi elektrik sayğacı da tükətilən və ya emal edilən enerjinin miqdarı haqqında bilgi sahibi olmağımız üçün istifadə olunan aparatdır. Bu cihazlar sayəsində fərqli insanların tükətdiyi enerjinin miqdarını bilmək mümkündür. Enerji miqdarını ekranda Watt-saat (Wh) olaraq görə bilərsiniz. Bu isə 1 saatda istifadə edilən enerjinin miqdarı deməkdir. Birdən çox insanın yaşadığı binalarda, çox mərtəbəli evlərdə istifadə edilən enerjinin bərabər şəkildə paylanmasına xidmət edən sayğaclar, həmçinin, hər kəsin öz istifadə etdiyi miqdar qədər ödəmə etməsinə şərait yaradır. Enerji istifadə miqdarınızı bilməyiniz üçün lazım olan bu vasitələr, həmçinin, elektrik şirkətlərinin ödəmə qəbzi yaza bilməsi üçün də asanlıq yaradır. Yazılan bu qəbzlər sayəsində asanlıqla ödəməni həyata keçirə bilirsiniz. İstənilən ölçüdə və fərqli formalarda emal edilən sayğac modellərini 1001 Home'dan əldə edə bilərsiniz.

Sayğac çeşidləri nələrdir?

Elektrik sayğacı kimi indiqator, ampermetr və başqa elektrikli ölçü cihazları da 1001 Home'da mövcuddur. İnkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara sahib olan müasir ölçü cihazlarını mağazadan əldə edə bilərsiniz. Mənzillərdə, bağ evlərində, binalarda və iş yerlərində quraşdırılan smart sms sayğac modelləri geniş yayılmış və çox tələb edilən məhsullar arasındadır. MinBir Home'da elektrik sayğacları kimi qaz üçün sayğac modelləri də mövcuddur. Bundan başqa, istifadə edilən enerji sərfiyyatına şəxsən nəzaret etməyinizi asanlaşdıracaq digər sayğac modellərinə nəzər yetirə bilərsiniz. Sayğaclar aylıq ailə məvacibinin düzgün şəkildə paylaşdırılması üçün sizə əvvəlcədən ödəmə planı təşkil etməkdə köməklik göstərir. Sayğac modellərini və aksesuarlarını MinBir Home'un elektrik məhsulları bölməsində tapa bilərsiniz.

Sayğac necə çalışır?

Elektrik üçün sayğac modellərinin içərisində U şəkilli və G şəkilli gərginlik çarxı və cərəyan çarxı olur. Bundan başqa sabit maqnit və alüminium diski də özündə cəmləyən aparatın digər xarici aksesuarları da vardır. Gərginlik çarxı dəmir nüvə üzərində incə şəkildə sarılmış haldadır. Cərəyan çarxı isə başqa bir dəmir üzərində daha qalın şəkildə sarılmışdır. Gərginlik və cərəyan çarxları elektromaqnetiq qütbləri arasında alüminium disk rahat hərəkət edəcək şəkildə yerləşdirilmişdir. İstifadə edilən enerjinin düzgün şəkildə hesablana bilməsi üçün sayğacın dövrəyə doğru şəkildə bağlanması önəm kəsb edir. 

Sayğac qiymətləri

Son texnologiyaya uyğun olan qaz üçün sayğac modelləri, elektrik üçün olan sayğaclar, eləcə də sayğac aksesuarları uyğun qiymətlərlə 1001 Home'da xidmətinizdədir. Bundan başqa, smart kart çeşidləri və ön ödəməli smart kartları da 1001 Home'da tapa bilərsiniz. Mağazanın müştəriləri üçün təqdim etdiyi elektrik məhsulları, eləcə də elektriklə bağlı olan hər növ avadanlıqlar sərfəli qiymətləri ilə də diqqət çəkir. Su sayğacları, elektrik üçün olan sayğac monofazası, sayğac işıqları, trifaza, sayğac konsulu və digər sayğac ləvazimatları MinBir Home'un çox satılan məhsulları arasında yer alır. Mağazanın sizlər üçün təşkil etdiyi kampanyalardan istifadə edərək istər onlayn, istər də əyani şəkildə alış-verişinizin dadını çıxara bilərsiniz.