Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Patronlar, vilkalar, keçidlər

Bu bölmədə hər hansı məhsul tapılmadı.

Patronlar, vilkalar, keçidlər

İşıqlandırma sistemlərinin və elektriklə işləyən cihazların elektrik enerjisindən istifadə edə bilməsi üçün bir çox aksesuara ehtiyac duyulur. Elektrik enerjisi günümüzdə demək olar ki hər sahədə vazkeçilməz bir ünsür halına gəlib. Demək olar ki, həyatı elektriksiz təsəvvür etmək mümkün deyil. Ta enerji mənbəyindən başlayaraq istifadə edilə biləcək səviyyəyə gələnə qədər bu enerji bir çox yoldan keçir. Bu proses zamanı isə bir çox elektrik avadanlıqlarından və elektrik aksesuarlarından istifadə edilməsi lazım gəlir. Sasən işıqlandırma sistemlərində, son mərhələdə lampanın enerji ilə təmas halında olması üçün lampanın xüsusiyyətinə özəl patronlardan istifadə olunur. Hər növ elektrik aksesuarlarının və elektriklə bağlı olan hər detalın tapıla bildiyi MinBir Home mağazası min bir çeşid patron modelini sizlərə təqdim edir.

Patron nədir? padron çeşidləri

İşıqlandırma sistemlərində aydınlanmanın həyata keçirilməsi üçün ixtira edilən lampalar bir şəkildə elektrik enerjisi ilə təmasa keçməlidir. Bu təmas baş vermədiyi halda lampanın işıq saçması mümkün deyil. Lampa ilə elektrik xətti arasında bağlantı qurulmasında patronların rolu danılmazdır. Bir ucu elektrik kabelinə bağlı olan patronlar kabeldən gələn elektrik axımını digər ucuna bağlı olan lampaya ötürür. Beləliklə, işıq əmələ gəlir. Lampanın növündən asılı olaraq patron modelləri də fərqlənir. 1001 Home'da istənilən model və istənilən ölçüdə lampa tapa biləcəyiniz kimi, bu lampaların ucluqlarına uyğun patron modellərini də tapacaqsınız. Müştəri məmnuniyyətini ön planda tutan mağaza rəhbərliyi və mağaza əməkdaşları ehtiyacınız olan məhsulun tapılmasında və ehtiyacınıza uyğun ən doğru məhsulun seçilməsində sizə köməklik göstərəcəkdir. İstənilən model led lampaların, spotların, listur lampa modellərinin və digər lampa çeşidlərinin uyğunluq göstərdiyi patron çeşidlərinə 1001 Home'un internet səhifəsi üzərindən nəzər yetirə bilərsiniz.

Keçid nədir? keçid çeşidləri nələrdir?

Bəzi elektrik təchizatıarının və elektrik prizlərinin quraşdırılmasında tək tip prizdən istifadə edilir. Bütün evdəki və ya ofisdəki, iş yerindəki priz modelləri eyni olduqda fərqli başlıqlardakı adaptorların və ya fişlərin istifadəsində məhdudluq yaranır. Amerikan elektrik məhsullarının və telefon kabellərinin, eləcə də elektriklə işləyən digər mobil telekomunikasiya aparatlarının kabel başlıqları bəzən iki dişli bəzən üçdişli olur. Bununla birlikdə bəzi elektrikli ev alətlərinin və mətbəx avadanlıqlarının fişləri fərqli çıxışlara sahib olur. Evlərdə və iş yerlərində əsasən standard priz modellərinin istifadə edildiyini nəzərə alsaq bir çox düz dişli və çox dişli fişlərin bu məkanlarda elektrik yuvasına bağlanması mümkün olmur. Bunun üçün isə xüsusi keçidlərdən istifadə edilir. Məhsulun fişini taxmaq üçün olan hissəsi ilə birlikdə standad prizə taxılan hissəsi ilə elektrik mənbəyinə qoşulan keçid modelləri MinBir Home'da xidmətinizdədir.

Vilka nədir? vilka çeşidləri hansılardır?

Vilka olaraq adlandırılan fiş modelləri elektrikli cihazların elektrik mənbəyinə qoşulması üçün lazım olan başlıqdır. 1001 Home'un müştəriləri üçün təqdim etdiyi elektrik aksesuarları bölümündə fərqli modellərdə vilka çeşidləri ilə tanış ola bilərsiniz. Standard vilkalarla yanaşı incə dişli, iki və ya üç dişli vilka modelləri də mövcuddur. Vilka modellərindən torpaqlı fiş, erkek vilka və dişi vilka çeşidləri 1001 Home'da satışdadır. Rənglərinə görə fərqlənən vilkalar, ağ, qara və rəngarəng modelləri ilə diqqət çəkir. Bundan başqa, qulplu və qulpsuz olmaqla da ikiyə ayrılan fiş modellərinə uyğun qiymətlərlə sahib ola bilərsiniz.

Patron, vilka və keçid qiymətləri

İşıqlandırma sistemlərinin əsasını təşkil edən lampalar, lampa patronları, led lampa, standard qampa, lystur lampası, gecə lampası üçün lazım olan patron modelləri, açar topraksız dişi modelləri, elektrikli cihazların elektrik mənbəyinə qoşulması üçün şərt olan qulplu, qulpsuz fiş modelləri, torpaqlamalı priz çeşidləri uyğun qiymətlərlə 1001 Home'da yolunuzu gözləyir. Hər büdcəyə uyğun elektrik aksesuarlarına 1001 Home' un internet səhifəsində nəzər yetirə bilər, istədiyiniz məhsula asanlıqla sahib ola bilərsiniz.