Kateqoriyalar
Səbət
Online sifarişlərdə 100 AZN-dən yuxarı bütün sifarişlərə çatdırılma pulsuzdur!

Fab Silan Çöl Cebhe A Bazı 25 Kq

Fab Silan Çöl Cebhe A Bazı 25 Kq
Endirimli məhsul Pulsuz çatdırılma
Fab Silan Çöl Cebhe A Bazı 25 Kq
Fab Silan Çöl Cebhe A Bazı 25 Kq
  • Məhsul kodu: AVM.01.00108
132.82 AZN
ƏDV xaric: 132.82 AZN

12 ay hissə-hissə

Endirimli qiymətlər nəğd və taksitlə alışda keçərlidir!

Marka-FAB

Tərkibi- Akrilik kopolimer silikon əsaslı, mat görünüşlü, yüksək örtücülüyə malik, silinə bilən, dekorativ son qat fasad boyası

Çəkisi-25 kq

A Bazı

XÜSUSİYYƏTLƏRİ:

  • Fab silan hər növ səthə yapışmaq qabiliyyəti olan və səthə daha gözəl görüntü verən, çatlamayan və tökülməyən, yüksək keyfiyyətli silikon əsaslı fasad boyasıdır.
  • Yüksək tənəffüs qabiliyyətinə malikdir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.
  • Atmosfer şəraiti və günəş şüalarına qarşı dayanıqlıdır.

TƏTBİQİ:

  • Fab Silan (321) binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə və məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilir.
  • Dekorativ məqsədlər üçün iç divarlarda da istifadə edilə bilər.
  • Fab Silan (321) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır.
  • Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir.
  • Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü Fabkim Hidrostop (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir.
  • 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş Fab Binder (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət Fab Binder (340), 7 nisbət su).
  • Fab Binder  (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra Fab Akrilik Məcun (350) tətbiq olunmalıdır.
  • Fab Akrilik Məcun (350) tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş Fab Binder (340) məhlulu ilə yuyulmalıdır.
  • Fab Binder (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. Tətbiqindən öncə səthin Fab Silan Astar (342) ilə astarlanması boya sərfiyyatını azaldar.
  • Fab Silan (321) ilk qatda maksimum 15%, ikinci qatda isə 10% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur.
  • Qatlar arası ən azı 12 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat da eynilə ikinci qat kimi tətbiq edilə bilər.
  • Boyanın tətbiqi və quruması zamanı səth yağışdan və dondan qorunmalı, çox küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.

İNCƏLDİLMƏSİ:

İlk qatda 15%, ikinci qatda 10% su ilə həll edilməlidir. 

QURUMA VAXTI:

1 saat ərzində quruyur. Tam quruma vaxtı 24 saatdır. Tətbiqindən 24 saat sonra hər cür hava şəraitinə dözümlüdür.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10 C ilə +20C arasıdır.(Ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorunmaq şərti ilə)

İstehsal-Azərbaycan

FAB SİLAN ÇÖL CEBHE A BAZI 25 KQ

Şərh yaz

Pis Yaxşı
Doğrulama Kodu
Hissə-hissə
Taksit sayıTaksit QiymətiÜmumi
2 Hissə-hissə66.41 AZN132.82 AZN
3 Hissə-hissə44.27 AZN132.82 AZN
6 Hissə-hissə22.14 AZN132.82 AZN
9 Hissə-hissə14.76 AZN132.82 AZN
12 Hissə-hissə11.07 AZN132.82 AZN

1001 HOME mağazasından alınan məhsullar 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

İstehlakçının tələbinə, qəbz, kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. 

Əgər sifariş edilən məhsul sifarişə uyğun olmayan məhsul isə, məhsulun üzərində fiziki qüsur varsa qaytarış edilə bilər. Bu halda kuryer geri qaytarma aktı tərtib edir, tərəflər təsdiq etdikdən sonra məhsul kuryer tərəfindən anbara təhvil verilir.

 

İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.

İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılır

Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən bankın daxili proseduruna uyğun olaraq müştərinin hesabına geri ödənilir.

 

Diqqət:

Kəsilərək və xüsusi sifariş əsasında satılmış məhsullar geri qaytarılmır.

Paketi açılmış (sement, alçı, gəc və b.) məhsullar geri qayatrılmır.

Montaj edilmiş və ya servis tərəfindən qurulmuş məhsullar geriqaytarılmır.